Leyla İmanovanın AMEA-da fəaliyyəti haqqında ilginc iddia - FOTOLAR

Hazırda oxunan: Leyla İmanovanın AMEA-da fəaliyyəti haqqında ilginc iddia - FOTOLAR

112300
Moderator.az - a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) son durumu haqqında məlumat daxil olub.

Bildirilir ki, Mərkəzi Elmi Kitabxananın rəsmi veb-saytının elektron kitablar (e-kitablar) bölməsi yalnız akademik Bəkir Nəbiyevə həsr olunub və digər mövzularda isə e-kitab yoxdur (//mek.az/az/e-kitabxana/ekitablar). Bəkir Nəbiyev isə AMEA kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanovanın atasıdır.

Daxil olan şikayətlərə görə işsiz vətəndaşların telefonla müraciətləri Leyla İmanova tərəfindən kobudluqla cavablandırılır və ya heç cavablandırılmır. 

Keçmiş kitabxana işçiləri iddia edirlər ki, kitabxanada təcrübəli kadrlar sıxışdırılır və onlar da ərizə yazaraq işdən çıxırlar. Şikayətçilərin iddialarına görə, 2015-ci ilin yayında kitabxanada Leyla İmanovaya etiraz əlaməti olaraq kütləvi işdən çıxma halları olub. 

Kitabxananın keçmiş könüllüləri şikayət edirlər ki, işsiz gənclər kitabxanada uzun müddətli könüllü fəaliyyətə cəlb edilir və nəticədə onlardan ucuz işçi qüvvəsi kimi istifadə olunur. 

Şikayətçilər iddia edirlər ki, kitabxanada işə qəbul qohumluq prinsipləri ilə həyata keçirilir.

Kitabxanada təcrübə keçmiş tələbələr şikayət edirlər ki, onlar təcrübə proqramına cəlb olunmuş, əslində isə fiziki və tozlu işlərlə məşğul olmuş və ağır köçmə prosesində iştirak etmişlər və onlardan ucuz işçi qüvvəsi kimi istifadə olunmuşdur.
Leyla İmanovanın AMEA-da fəaliyyəti haqqında ilginc iddia <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/10502.jpg">Leyla İmanovanın AMEA-da fəaliyyəti haqqında ilginc iddia <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/10503.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin