Bakıda FACİƏ: 24 yaşlı oğlan 13-cü mərtəbədən yıxılaraq öldü

Hazırda oxunan: Bakıda FACİƏ: 24 yaşlı oğlan 13-cü mərtəbədən yıxılaraq öldü

112296

Dünən axşam saatlarında Abşeron rayonunda bədbəxt hadisə baş verib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Masazır qəsəbəsində yerləşən hündürmərtəbəli yaşayış binasından bir nəfər şəxs yıxılaraq ölüb.

Hadisə ilə bağlı polis şöbəsinə məlumat daxil olduqdan sonra Abşeron RPŞ əməkdaşları hadisə yerinə cəlb olunublar. Məlum olub ki, həmin şəxs binanın 13-cü mərtəbəsindən yıxılıb.

Vəfat edən şəxsin 1998-ci il təvəllüdlü Məhəmmədəli Əmiraslanov olduğu müəyyən edilib. Hadisə yerinə ekspertlər, polis və prokurorluq əməkdaşları baxış keçirdikdən sonra meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, mərhum bir müddət əvvəl daxili işlər orqanlarında xidmət keçmək üçün sənəd veribmiş.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin