Erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısı genişləşdirildi

Hazırda oxunan: Erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısı genişləşdirildi

112251

Erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısı genişləşdirilib.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Nazirlər Kabinetinin yeni Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əlavələr edilib.

Siyahıya yeni 59 vəzifə və peşə əlavə edilib ki, həmin sahələrdə çalışan şəxslərə də 5 il erkən pensiyaya çıxmaq hüququ verilib.

Onların sırasına metropoliten və dəmir yolları sahəsində xidmətlərin göstərilməsi, dəmir-filiz ehtiyatlarının hasilatı və emalı, tikinti, quraşdırma, təmiri və s. sahələrinə aid vəzifə və peşələr daxildir.
Qeyd edək ki, bundan əvvəl bu ilin iyun ayında da “Əmək pensiyaları haqqında” qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni humanist yanaşmalar tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin