Azərbaycanda daha 47 adda təsiredici maddənin tətbiqi qadağan olundu

Hazırda oxunan: Azərbaycanda daha 47 adda təsiredici maddənin tətbiqi qadağan olundu

112249

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində tətbiqi qadağan edilmiş təsiredici maddalərin siyahısına 47 əlavənin olunmasına dair qərar qəbul edib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, “Fitosanitar nəzarəti haqqında” qanuna uyğun olaraq, 2021-ci ildə AQTA-nın qərarı ilə 191 adda təsiredici maddədən hazırlanmış preparatların ölkə ərazisində tətbiqi qadağan olunub.

Eyni zamanda Agentlik tərəfindən bu istiqamətdə aparılan araşdırmalar davam etdirilib. Nəticədə müvafiq Beynəlxalq Konvensiyalarda, Avropa İttifaqında və Türkiyə Respublikasında istifadəsi qadağan olunan təsiredici maddələr əsas götürülməklə siyahıya yeni 47 adda təhlükəli təsiredici maddənin əlavə edilməsi məqsədəuyğun hesab olunub.
Bu məsələ müvafiq qaydada Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyi ilə razılaşdırılıb.

Həmçinin qadağan edilməsi nəzərdə tutulan təsiredici maddələrdən hazırlanmış preparatların idxalı ilə bağlı sahibkarlıq subyektləri tərəfindən öncədən müqavilələrin bağlanmasının mümkünlüyü və həmin preparatların ölkə ərazisində qalıqlarının mövcudluğu nəzərə alınıb.

Təsiredici maddələrdən hazırlanmış preparatların mərhələli olaraq, yəni 2023-cü il fevralın 1-dən istehsalının və idxalının dayandırılması, 2024-cü il yanvarın 1-dən isə ölkə ərazisində tətbiqinin qadağan edilməsi barədə qərar qəbul olunub.

Qəbul edilmiş qərar barədə aidiyyəti üzrə Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasına və həmin təsiredici maddə tərkibli preparatların anbar qalıqları mövcud olan sahibkarlara məktub ünvanlanıb.

Məktubda 2023-cü ilin əkin mövsümü ərzində qadağan edilməsi nəzərdə tutulan təsiredici maddələrdən hazırlanmış preparatların anbar qalıqlarının satışının təşkili və istifadə olunması üçün müvafiq tədbirlərin görülməsi xahiş edilib.
Eyni zamanda 2024-cü il yanvarın 1-dək istifadə olunmamış preparatlarla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi” Qaydalarının müddəalarına uyğun tədbirlərin görüləcəyi bildirilib.

"Azərbaycan Respublikasında tətbiqi qadağan edilmiş təsiredici maddalərin Siyahısı"na əlavə olunan 47 adda təsiredici maddə ilə aşağıdakı siyahıdan tanış ola bilərsiniz:

1. 1,3-Dichloropropene 
 
2. 1,7-Dioxaspirg-[5.5]-undecane 
 
3. Amitraz 
 
4. Atrazine 
 
5. Benomyl 
 
6. Beta-cypermethrin 
 
7. Brodifacoum 
 
8. Bromophos-ethyl 
 
9. Carbaryl 
 
10. Carbendazim 
 
11. Carbosulfan 
 
12. Chlorfenapyr 
 
13. Chlorpyrifos (gthyl) 
 
14. Chlorpyrifos-methyl 
 
15. Coumachlor 
 
16. Cyclanilide 
 
17. Cyhexatin 
 
18. Cyfluthrin 
 
19. Diazinon 
 
20. Dichlorvos (DDVP) 
 
21. Diniconazole-M 
 
22. Diquat 
 
23. DNOC 
 
24. EPN 
 
25. Egnpropathrin 
 
26. Flusilazole 
 
27. Glufosinate 
 
28. Haloxyfop 
 
29. Hexaconazole 
 
30. lmibenconazole 
 
31. lprodione 
 
32. Linuron 
 
33. Maneb 
 
34. Metolachlor 
 
35. Novaluron 
 
36. Plant extracts (red oak, prickly pearcactus, fragrant sumac, red mangrove) 
 
37. Propargite 
 
38. Propineb 
 
39. Pymetrozine 
 
40. Short-chain chlorinated paraffins (SCCPs) 
 
41. Tetramethrin 
 
42. Terbutryn 
 
43. Thiodicarb

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin