Bu universitetlərdə əməkdaşlara BAYRAM MÜKAFATI verilib - SİYAHI

Hazırda oxunan: Bu universitetlərdə əməkdaşlara BAYRAM MÜKAFATI verilib - SİYAHI

112248

Yeni il yeni arzular, yeni diləklər deməkdir. Ona görə də insanlar yeni ili xoş əhval ruhiyyədə və bol süfrə ilə qarşılamaq istəyirlər. Və təbii ki, belə vəziyyətdə hər şey gəlib dirənir maddiyyata. Yaxşı haldır ki, bəzi qurumlar və şirkətlər yeni il ərəfəsində əməkdaşlara pul mükafatı verir. 

Bizim üçün maraqlı olan sahələrdən biri də elm sahəsidir.

Bizim.Media Azərbaycandakı universitetlər yeni il qabağı öz əməkdaşlarına hansı hədiyyə hazırlamaqları ilə maraqlanıb.

Bakı Dövlət Universitetindən bildirildi ki, artıq əməkdaşlarımıza Dünya Azərbaycanlılarının Hənrəyliyi Günü və Yeni il münasibətilə pul mükafatı verilib. Azərbaycan Tibb Universitetindən isə bildirildi ki, dünənki qərar Universitet əməkdaşlarına ən gözəl bayram hədiyyəsidir.
 

MÖVZU İLƏ BAĞLI:

AzMİU əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı veriləcək


Xəbər verdiyimiz kimi ATU rəhbərliyinin qərarı ilə gələn aydan əməkdaşların maaşında 30 faizədək artım olacaq.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirildi ki, Dünya Azərbaycanlılarının Hənrəyliyi Günü və Yeni il münasibətilə hər bir əməkdaşa 200 manat pul mükafatı verilib. 

Azərbaycan Dövlət Pedaqoji Universiteti də əməkdaşlarını sevindirib. Universitetdən bildirildi ki, ənənəvi olaraq Yeni il, Novruz bayramı, Ramazan bayramı və Müəllimlər günündə bütün əməkdaşlara pul mükafatı ayrılır. Bu il də istisna deyil.

Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları da bayramı ürəklə qeyd edə biləcəklər. Universitetdən bildirildi ki, universitetlər arasında ilk olaraq bizdə rektor Ceyran Mahmudovanın əmri ilə  bayram hədiyyəsi olaraq əməkdaşlarımıza 200 manat məbləğində pul mükafatı verilib”.
Azərbaycan Dillər Universitetindən bildirildi ki, bu il bütün əməkdaşlarımıza Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə pul mükafatı verilib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin