Əhalinin 90 faizə yaxını Laçın yolundakı aksiyaları izləyir – SORĞU 

Hazırda oxunan: Əhalinin 90 faizə yaxını Laçın yolundakı aksiyaları izləyir – SORĞU 

112244

Artıq 15 gündən çoxdur Xankəndi-Laçın yolunda ekoaktivistlər, ictimai fəallar və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycan ekologiyasına qarşı həyata aparılan terrora qarşı mövqe nümayiş etdirirlər.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Xankəndi - Laçın yolunda etiraz edirlər. 

Bizim.Media xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi davam edən aksiyalar və gözləntilərlə bağlı ictimai rəy sorğusu keçirib.

“Xankəndi-Laçın yolundakı aksiyaları izləyirsinizmi?” sualına cavab olaraq, sorğuda iştirak edənlərin ümumilikdə 88.1%-i aksiyaları izlədiyini bildirib. Respondentlərin 54.1%-i “tez-tez izləyirəm”, 34.0%-i “bəzən izləyirəm” cavabını verib. 11.9%-i “heç izləmirəm” cavabını qeyd edib.

Aksiyaları tez-tez izlədiyini bildirənlər arasında kişilər qadınlara nisbətdə üstünlük təşkil edib. Eyni zamanda, bu cavabı qeyd edən respondentlər arasında 55-64 yaş qrupunda olanlar digərləri ilə müqayisədə daha çox üstünlük təşkil edib.

Qeyd edək ki, sorğunun sahə işi 24 dekabr - 27 dekabr 2022-ci il tarixlərində icra olunub. Sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub.
Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin