"Qoç ət”də DƏHŞƏT - Qadın ətqarışdırıcı aparatda qalıb öldü

Hazırda oxunan: "Qoç ət”də DƏHŞƏT - Qadın ətqarışdırıcı aparatda qalıb öldü

112226

“Qoç ət” KFT MMC-də dəhşətli hadisə baş verib.

Bizim.Media xəbər verir ki, dünən günorta saatlarında şirkətə məxsus olan Qaradağ rayonu Lökbatan-Puta yolunda yerləşən kəsim sexində xadimə elektrik ətqarışdırıcı qurğunun içində qalıb.

Belə ki, kəsim sexində çalışan Pirməmmədova Rəqsanə Azad qızı qurğunu təmizləyərkən ətqarışdırıcı qurğu qəfil hərəkətə başlayıb.

Nəticədə qadın qurğunun hissələrinin arasında qalıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin