Bu gün Gəncə şəhərində “Azpetrol”x9d şirkətinin yeni yanacaqdoldurma məntəqəsinin təntənəli açılış mərasimi olub. Turkustan.info-nun xəbərinə görə mərasim maraqlı anlarla yadda qalıb.
Mərasimin rəsmi hissəsindən sonra Gəncə Aşıqlar Birliyi üzvlərinin çıxışları olub. Ardınca isə yanacaqdoldurma məntəqəsinə gələn sürücülərin hər birinə pulsuz olaraq 10 litr yanacaq payı verilib. Hazırda davam edən pulsuz yanacaq hədiyyəsi kampaniyası günün sonunadək sürəcək.































































































