Dekabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Kəngərli rayonunda olub, sakinlərlə görüşüb.
Bizim.Media xəbər verir ki, səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını rayon ictimaiyyətinə çatdırıb.
MÖVZU İLƏ BAĞLI:
Prezidentin Naxçıvandakı nümayəndəsi: "Qanunsuz qadağalar tamamilə ləğv ediləcək" - VİDEO
Dövlət başçısının rəhbərliyi ilə Kəngərli rayonunun inkişafı sahəsində görülən işlərdən danışan Fuad Nəcəfli bununla yanaşı yerlərdə məmurlar tərəfindən vəzifələrdən sui-istifadə hallarının olduğunu, vətəndaşların hüquqlarının pozulduğunu, sahibkarlıq fəaliyyəti üçün manelərin yaradıldığını bildirib.
Sonra sakinlərin müraciətləri dinlənilib.
Fuad Nəcəfli görüşdə iştirak edən bütün sakinlərə təşəkkürünü bildirib, problemlərin qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacağını qeyd edib.
Bizim.Media