Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri təyin edildi

Hazırda oxunan: Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri təyin edildi

112183

Süleyman Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib. 

Bizim.Media report-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də Sərəncam imzalayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda DİN ləğv olunur - Yeni rəis o olacaq


"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: 

Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilsin", - sərəncamda qeyd edilib. 

Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bundan əvvəl Bakının Suraxanı rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin