Gömrük Məcəlləsinə DƏYİŞİKLİK - Ödənişlər müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək

Hazırda oxunan: Gömrük Məcəlləsinə DƏYİŞİKLİK - Ödənişlər müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək

112179

Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və Gömrük Məcəlləsinin maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin 93 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək. 

Dəyişikiklə həmin vəsait müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, dövlət büdcəsinə köçürülməklə müvafiq icra hakimiyyəti orqanının (DGK nəzərdə tutulur - red.) xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə, gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf ediləcək. 
Bundan başqa, vəsaitin 7 faizi dövlət büdcəsinə köçürüləcək. 

Eyni zamanda vəsaitin bölgüsü və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin