Aqrar Universitetdə fermerlər daha bir seminarda iştirak edib

Hazırda oxunan: Aqrar Universitetdə fermerlər daha bir seminarda iştirak edib

112171
Azərbaycan Dövlət Aqrar Universitetin Aqranomluq fakültəsində, professor Faiq Məmmədov adına  auditoriyada AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun İmmunogenetika şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayev FAO-nun Kənd Təsərrüfatı Nazirliyi ilə birgə lahiyəsi çərçivəsində Kartof sahələrində yayılmış virus xəstəlikləri mövzusunda daha bir semminar keçirib.
ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə  Göy göl, Gədəbəy, Samux, Şəmkir, Tovuz rayonlarının fermerlərinin iştirakı ilə keçirilən semminarda Azərbaycanda kartof bitkisində yayılmış virus xəstəlikləri barədə geniş məlumat verilib, onlarla əkin sahələrinin hazırkı vəziyyəti və real problemlər Aqrar universitetin müəllim və tələbə heyyətinin iştirakı ilə geniş müzakirə olunub, fermerləri düşündürən suallar cavablandırılıb. Onların təklif və xahişləri ilə belə seminarların bölgələrdə tez-tez  keçirilməsinə qərar verilib. 
Seminar Genetik Ehtiyatlar İnstitutu ilə ADAU arasında bağlanan müqavilə əsasında təşkil olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin