“Qardaşımla gecikmiş şam yeməyi”x9d.
Məşhur azərbaycanlı kikboksçu Zabit Səmədov Çeçenistan respublikasının prezidenti Ramzan Kadırov ilə birgə şam yeməyi yeyib.
Moderator.az xəbər verir ki, İdmançımız “İnstaqram”x9d səhifəsində Ramzan Kadırov ilə şəkil paylaşıb.
Səmədov, “Qardaşımla gecikmiş şam yeməyi”x9d yazaraq şəkli izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, azərbaycanlı kikboksçu Zabit Səmədov dekabrın 26-da Çeçenistan respublikasının paytaxtı Qroznıda döyüş keçirəcək. “Qroznoy bitı 13”x9d çərçivəsində onun rəqibi polyak idmançı Pol Slavinski olacaq.
Ramzan Kadırov ilə dost olan Zabit Səmədov son illər ərzində üçüncü dəfədir ki, Qroznıda rinqə çıxıb.
"Mauqli" Çeçenistan lideri ilə rinqə çıxıb, onunla əlbəyaxa olub.

































































































