Səidə Qocamanlı: “Qərbin bu proseslərdə öz marağı var”x9d; Mirmahmud Mirəlioğlu: “İqtidar daha ağıllı addım atmalıdır”x9d
Fariz Namazlı: “Sanksiyaların əfv sərəncamları qabağı verilməsi düzgün deyil”x9d
Son günlərdə Qərbin Azərbaycana qarşı təzyiqlərinin artığı açıq şəkildə müşahidə olunur. ABŞ Helsinki Komissiyasının rəhbəri, ABŞ Konqresinin nümayəndələr Palatasının üzvü Kris Smitin hazırladığı layihədə Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinə ABŞ vizasının almalarının qadağa edilməsi nəzərdə tutulur. Eyni zamanda AŞPA prezidenti Yaqlandın sərt çıxışı ilə başlanan proses artan xətlə getməkdədir.
Yeni il qabağı əfv veriləcəyi bildirilir. Belə bir vaxtda bu cür qərarların qəbul edilməsi Azərbaycan cəmiyyəti tərəfindən heç də birmənalı qarşılanmadı. Əvvəllər Avropanın belə addımlarını dəstəkləyən müxalifət camiəsinin də fikirləri təzad təşkil etdi. Qərara qarşı çıxanlar müdafiə edənlərdən çoxluq təşkil edirlər. Gətirilən əsas arqumentlərdən biri də, Azərbaycan hakimiyyətinin əfv sərəncamı verməyə, bir çox siyasi məhbusları azadlığa buraxmağa hazırlaşdığı bir dövrə Avropanın qərarlarının təsadüf etməsidir. Əksəriyyət hesab edir ki, əfv öncəsi belə addımların arxasında hansısa məqsədlər dayanır.
Qeyd edək ki, Yeni ildə tanınmış siyasi məhbuslardan bir çoxunun azadlığa buraxılması barədə cəmiyyət arasında gəzən söz-söhbətlər ən aktual məsələlərdən idi. Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqov, İntiqam Əliyev, Rəsul Cəfərov, Fərəc və Sirac Kərimli qardaşlarının, NİDA-çı gənclərin və başqa bu tipli məhbusların azad ediləcəyi deyilirdi.
Son günlərdə Əfv Komissiyasının tez-tez iclaslarının keçirilməsi, qurumun üzvlərinin əfv sərəncamının veriləcəyi barədə ümid dolu açıqlamaları, eləcə də, Leyla və Arif Yunusların azadlığa buraxılması ümidləri pik həddə çatdırmışdı. Belə bir vəziyyətdə Avropadan gələn təzyiqlər lazım idimi? Bu sual beyinləri fəth edib, amma suala cavab hələ də tapılmayıb. O faktdır ki, Azərbaycan hakimiyyəti daim belə təzyiqlərin qarşısında dirəniş göstərir. Qəbul etməli olduğu qərarları bəzən iqtidar məhz bu tipli təzyiqlərə görə ya icra etmir, ya da bir müddətdən sonra həyata keçirir.

Hazırda siyasi məhbusların azad edilməsi ilə bağlı səylə çalışan hüquq müdafiəçiləri də Avropadan gələn təzyiqlərə təəssüflənirlər. İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı bildirdi ki, belə hadisə ilə üzləşdikləri ilk dəfə deyil: “May ayında da əfv gözləyirdik. Bütün işlər görülmüşdü. Amma yenə də Qərbin qılınc oynatma siyasəti buna mane oldu. Nəticədə həbsdəki məhbuslar ağır həbsxana həyatını yaşamağa məcbur oldular. İndi də həmin situasiyadır. Onlara xəbər çatıb ki, Azərbaycanda əfv olacaq. Ölkəmiz öz daxilində bu problemi çözməyə qadirdir. Bunu Leyla və Arif Yunusların azad edilməsi sübut etdi. Yenidən bu prosesə mane olmaqdan ötrü Azərbaycanda çaxnaşma yaratmaq istəyirlər.
Hər vəchlə əfvin verilməməsinə çalışırlar. Bunların bir prinsipləri var. Azərbaycana nə qədər pis olsa, o qədər yaxşıdır. Qərbin bu proseslərdə öz marağı var. İstəyirlər ki, siyasi məhbuslar azad edilməsin. Bundan ölkəmizə qarşı təzyiq vasitələri kimi istifadə etsinlər. Azərbaycan tərəfindən burada müdrik yanaşma olmalıdır. Belə məsələlərə fikir verməmək lazımdır. Hazırkı vəziyyətdə bu situasiyanın yaranmasında birbaşa rolları olan erməni lobbisindən Qərb öz maraqlarında istifadə edir. Provokasiyaya getməməliyik. Əfv olmalı, insanlar azadlığa buraxılmalı, İşçi Qrupu fəaliyyətinə davam etməlidir. Bunlar ölkəmizin böyüklüyünü göstərə bilər. Ermənistan və Gürcüstan kimi qonşu ölkələrdə məhbuslar olduğu halda Azərbaycan hədəfə götürülüb. Deməli, burada maraqlar var”x9d.
Hüquq müdafiəçisi hakimiyyətin təzyiqlərə fikir verməməsinin vacibliyini vurğuladı: “İndiki Azərbaycan əvvəlki illərin Azərbaycanı deyil. Məmurların həbsə atılması, işdən çıxarılmaları kimi ağır günlər yaşayırıq. Azərbaycan hazırda ağır durumdadır. Bundan istifadə etmək istəyənlər var. Hər tərəfdən düşmənlərlə əhatə olunmuşuq. Özümüzü elə aparmalıyıq ki, onların əllərinə fürsət verməyək.
İşçi Qrupunun təqdim etdiyi siyahıdakı məhbusların azadlığa buraxılmalarına çox ümidliyəm. Təzyiqlər qarşısında böyüklük göstərmək bizə başucalığı gətirər. Azərbaycan daim bu vəziyyətlə üzləşir. Məhbus problemindən qurtulsaq, digər problemlərimizi yüksək kürsülərdən dünyaya çatdırarıq. Amma biz hələ ki məhbus siyahısından yapışmışıq. Hər kəsə göstərməliyik ki, bizimlə diktə dili ilə danışa bilməzlər. Kürklərinə birə düşüb ki, Azərbaycanda əfv olacaq. Bütün bunları səbəbi yalnız budur”x9d.
KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycan hakimiyyətin xarakterinə uyğun olaraq, Qərbin belə addım atdığını söylədi: “Onlar hesablayıblar ki, belə addım atmaqla, hakimiyyəti əfv planından yayındıra bilərlər. Belə çıxır ki, beynəlxalq təşkilatlar ölkəmizdə insan haqlarının əleyhinədirlər? Digər bir versiya da var ki, əfv olacağını dəqiq bilirlər. Hansı məhbusların azad ediləcəyindən xəbərdardırlar. Belə etməklə təzyiqlərinin təsiri ilə məhbusların azad edildiyini göstərmək istəyirlər. Hakimiyyət isə, lazım olan addımı belə kənardan müdaxilə olanda atmayıb. Amma indi iqtidar daha ağıllı addım atmalıdır. Kimin nə deməyindən asılı olmayaraq, vətəndaşına mövqeyini bildirməlidir. Bu şəxslərin həbsində rekertçiliklə məşğul olan MTN-çilərin əllərinin olduğu sübut edilməlidir. İntiqam Əliyevin həbsi zamanı ofisdə əməliyyat aparan qara maskalılar olublar. Bunu hər kəs bilir. Bunları edənlər yavaş-yavaş cəzalarını alırlar. Hakimiyyət daxilində bir qrup var idi ki, iğtişaş yaratmağa çalışırdı. Buna da qismən nail olmuşdular. Artıq bu haradan qaldırılıb. Hesab edirəm ki, məhbus problemi də həll olunacaq. Ağıl bunu diktə edəcək. Başqa bir variant yoxdur”x9d.
Siyasi məhbusların hüquqlarını müdafiə edən vəkillərdən Fariz Namazlı da indiki anda Qərbdən gələn təzyiqlərin doğru olmadığı qənaətindədir: “Hakimiyyət çalışır ki, daim xaricdə onun haqqında yüksək fikir olsun. Bəllidir ki, bu cür sanksiyalar, çağırışlar hər bir ölkə rəhbərliyini ciddi narahat etməlidir. Bu cür sanksiyalar onları qıcıqlandırır. Hesab edirəm ki, bu sanksiyalar əfv siyahısına salınacaq bəzi məhbuslara mane ola bilər. Əvvəl hakimiyyət bu fikirdə olur ki, məhbusları azad etsin, lakin belə təzyiqlər olan kimi fikrindən daşınır. Əvvəllər belə hallar olub. Bu cür sanksiyaların məhz əfv sərəncamları qabağı verilməsi düzgün deyil. Çünki hökumət bundan müsbət nəticə çıxarmır”x9d.(musavat.com)



































































































