Qaz limitinin sıfırlanması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Qaz limitinin sıfırlanması ilə bağlı RƏSMİ AÇIQLAMA

112135

“İlin sonunda ən çox müraciətlərdən biri limitlərin sıfırlanması ilə bağlıdır”.  

Bizim.Media xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” səhifəsindəki canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, smart-kart tipli sayğaclarda 2023-cü il limitindən istifadə 1 yanvar gecə saat 00:00-dan sonra mümkün olacaq:

"Söhbət ödəniş terminalında həyata keçirilən əməliyyatın vaxtından gedir. Bəziləri dekabrın 30-31-i karta vəsait yükləyirlər və yanvarın 1-i pulu sayğaca yükləyəndə limitin bərpa olunmadığını deyirlər". 

R.Əliyev sonra bildirib ki, smart-kart tipli sayğacda bunlar ödəniş etdiyiniz gündən hesablanır:

"Ona görə də yanvarda karta ödəniş edənlər artıq 2023-cü ilin limitindən istifadə edə biləcəklər. Mexaniki tipli sayğacların istifadəçiləri üçün isə maksimum çalışırıq ki, sayğacların oxunması yanvarın 7-də başa çatsın”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin