Nazir getdi, müəmmalı yoxlama başa çatdı - Kukla Teatrının direktorundan AÇIQLAMA

Hazırda oxunan: Nazir getdi, müəmmalı yoxlama başa çatdı - Kukla Teatrının direktorundan AÇIQLAMA

112119

Mədəniyyət Nazirliyinin Kukla Teatrında apardığı yoxlama başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə qaynarinfo.az-a açıqlamasında Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədov deyib.

Direktor bildirib ki, nazirliyin apardığı yoxlama ilə bağlı teatra akt verilməlidir:

"Bir həftədən çoxdur ki, nazirlikdən teatra gələn yoxdur. Yoxlama ilə bağlı sonda akt yazılmalı və onu bizə bildirməlidirlər. Amma hələ bu günə kimi aktdan bir xəbər yoxdur, gözləyirik”.

Qeyd edək ki, bir aya yaxındır, Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalara başlayıb. Teatrın rejissoru Səidə Haqverdiyeva açıqlamasında Mədəniyyət Nazirliyini tənqid edəndən sonra nazirlik sözügedən teatr ocağına yoxlama təyin edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 22 dekabr 2022-ci tarixli Sərəncamı ilə mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin