Moderator.az - ın elektron poçtuna “Azadlıq”x9d qəzetinin 11 dekabr 2015-ci il sayında dərc olunmuş “Günəşli”x9d faciəsinin üzə çıxardığı həqiqətlər”x9d və 18 dekabr 2015-ci il tarixli sayında dərc olunmuş “Günəşli”x9ddəki yanğına görə kim məsuliyyət daşıyır”x9d adlı məqalələrə Bakı Ali Neft Məktəbinin bir qrup tələbəsi tərəfindən cavab məktubu göndərilib. Həmin məktubu oxuculara təqdim edirik:
"Məqalə müəllifinin diqqətinə çatdırırıq ki, dünyanın ən nüfuzlu təhsil ocaqlarının məzunları olmuş yüksəkixtisaslı mütəxəssislərin yaratdıqları və istismar etdikləri sənaye obyektlərində də təbiət hadisələrinin təsirindən dəhşətli qəzalar baş verir. Onlardan sığortalanmaq mümkün deyil!
Sizləri gələcəkdə qeyri-dəqiq məlumatlar dərc etdirməkdən çəkindirmək məqsədilə, bir sıra məqamlara diqqətinizi cəlb etmək məcburiyyətindəyik.
SOCAR-ın Bakı Ali Neft Məktəbi 2012-ci ilin sentyabrında yaradılıb və belə deyək ki, 3 tədris ilidir ki, fəaliyyət göstərir və ixtisasların spesifikliyi nəzərə alınmaqla məzunların yetişməsi üçün 5 il tələb olunur.
Məqalədə qeyd etdiyiniz 100 milyardlarla vəsaitin hesabına Azərbaycanın şəhər və kəndlərinin siması dəyişib, insanların firavanlığı təmin olunub, saysız-hesabsız texnologiyalar ölkəyə gətirilib və tətbiq olunub, sovet dövründən qalmış platformalardan əlavə onlarla daha müasir platformalar istismara verilib və bunların hesabına böyük gəlirlər əldə olunub. Bu vəsaitlər hesabına həm dövlətin, həm də SOCAR-ın təqaüd proqramı ilə minlərlə azərbaycanlı gənc xarici ölkələrin nüfuzlu universitetlərdə təhsil alaraq, ölkəyə qayıdıb onun inkişafına xidmət edirlər. Bu vəsaitlər hesabına həm də elmin müxtəlif sahələrində aktual layihələr maliyyələşdirilir.
SOCAR öz fəaliyyətinin hər istiqamətində, o cümlədən təhlükəsizlik məsələlərində beynəlxalq standartları daim tətbiq edir. Belə olmasaydı 1984-cü ildə istismara verilmiş və o vaxt texnika və texnologiyanın ən yüksək nailiyyəti hesab edilən platformada sonradan yeni tipli xilasedici qayıqlar və digər avadanlıqlar quraşdırılmazdı.
“Təhlükəsilik üçün heç bir iş görülməyib”x9d demək həqiqətə uyğun deyil. SOCAR-ın Qobustanda Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində (belə mərkəz dünyanın yalnız 3 ölkəsində mövcuddur), hər il 60 min işçinin təhlükəsizlik qaydaları haqqında, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı təlimatlar alması yeni texnologiyaların hesabına aparılır.
Təbii fəlakətlə (qarşısı alınmayan təbiət hadisəsi) ilə texnogen qəzanın fərqini anlamaq lazımdır. Səbəb nəticə əlaqələrini qarışdırmaq olmaz.
Məsələnin mahiyyətinə varmadan, “Kadr hazırlığına vəsait sərf edilməyib”x9d söyləmək qərəzdən başqa bir şey deyil. SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin strukturlarında hər il on minlərlə işçi təlimlər keçir, onların tərkib hissəsi kimi təhlükəsizlik qaydalarını mənimsəyib imtahan verirlər. Məhz bunların nəticəsidir ki, 2006-cı ildən etibarən biznes fəaliyyətini ölkənin hüdudlarından kənara çıxarıb, transmilli şirkətlərin sırasında özünə layiqli yer alan SOCAR-ın strukturlarında qəza hallarının sayı heç də çox deyildir.
Azərbaycanda analoqu olmayan təhsil layihəsi ”“ Bakı Ali Neft Məktəbi hansı vəsait hesabına yaradılıb? Bu təhsil ocağının ən müasir tələblərə cavab verən maddi-texniki bazası və Bibi-Heybət zonasında tikintisi başa çatan, strukturunda tədris binaları, kitabxana kompleksi, unikal laboratoriyalar, açıq və qapalı idman kompleksləri, yataqxana kompleksi olan kampusu hansı vəsaitlər hesabına yaradılır? Bu təhsil ocağında Böyük Britaniyanın nüfuzlu Heriot-Vatt Universitetinin beynəlxalq akkreditasiyadan keçmiş tədris proqramları və ən müasir texnologiyalar əsasında ingilis dilində mühəndis hazırlığının təşkili nəyin hesabına başa gəlib? Hər il qəbul imtahanlarında 630-700 bal toplayan yüzlərlə gənc nəyə görə bu Ali Məktəbi seçib? Çünki burada ölkə ictimaiyyətinin sosial tələbinə tam cavab verən şəffaf, keyfiyyətli təhsil mühiti və biliklərin qiymətləndirilməsində mütləq obyektivlik təmin olunub. Bütün bunlar vəsaitlərin düzgün və şəffaf xərclənməsi hesabına baş tutub. İlk məzunlarımız 2017-ci ildə buraxılacaq və əmin ola bilərsiniz ki, bu hadisə Azərbaycanın sənaye sahələrinə müqayisəolunmaz dinamika gətirəcəkdir.
İndi neft zəkalı mühəndislərin və texniki işçilərin birgə əməyi hesabına çıxarılır. Neftçıxarma texnologiyası ilbəil mükəmməlləşir, artıq neft fəhlə zəhməti hesabına yox, texniki işçinin kompüter biliyi hesabına çıxarılır.
Biz “kadr siyasəti iflasa uğrayıb”x9d ifadəsi ilə razılaşmırıq. Uzun illər “BP Azərbaycan”x9d şirkətinə rəhbərlik etmiş Devid Vudvordun maraqlı bir fikri yada düşür: “Əgər Azərbaycanda neft işini bilən çoxsaylı yüksəkixtisaslı mütəxəssislər olmasaydı, “Əsrin müqaviləsi”x9dndən və digər layihələrdən irəli gələn möhtəşəm işlərin öhdəsindən gəlmək mümkün olmazdı”x9d.
Qəza baş verən gündən SOCAR-ın prezidenti, şirkətin bütün səviyyədə olan işçiləri gecələrini gündüzlərinə qataraq qəzanınn nəticələrini aradan qaldırmaq və itkin düşənləri axtarmaq istiqamətində çalışmalarının şahidi olduq. SOCAR həmişə işçilərinin qeydinə qalıb: şirkətin hər bir işçisi tibbi sığortaya malikdir, onların sosial məsələlərinin (evlə təmin olunma, istirahətin təşkili və s.) həllinə yüksək diqqət və qayğı var.
Fikrimizcə istənilən mövzuda yazı yazarkən məsuliyyətli olmaq peşə borcunun əsas şərtlərindən biri olmalıdır.
Hörmətlə,
Bakı Ali Neft Məktəbinin tələbələri

































































































