Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov magistral yol və meydanların kənarında, xüsusi reklam lövhələrində yerləşdirilən reklamların yığışdırılmasına qərar verib. Buna səbəb şəhərdəki əksər reklamların qanuni müqavilə olmadan quraşdırılmasıdır.
Məsələ ilə bağlı
Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, bundan sonra şəhərdəki
reklam lövhələrində reklam quraşdırmaq istəyən hər kəs qanuni müqavilə
imzalamalı olacaq. Yalnız bu müqavilə imzalanandan və qanuni ödəniş həyata
keçiriləndən sonra, reklam lövhələrinin yerləşdirilməsinə icazə veriləcək.































































































