Yanacaqdoldurma məntəqələrində bütün təhlükəsizlik tədbirləri görülməlidir.
Bizim.Media xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Kimya, neft-kimya və neft-qaz emalı sənayesində işlərin təhlükəsiz görülməsində nəzarət Müfəttişliyinin rəisi Eltun Həsənov jurnalistlərə keçirilən təlim zamanı deyib.
O bildirib ki, yanacaqdoldurma məntəqələrin müəyyən mühafizə zonası olmalıdır:
"Yanacaqdoldurma məntəqələri tikililərdən ən azı 50 metr aralıda olmalıdır. Lakin yanacaqdoldurma məntəqəsinin sutkalıq xidmət göstərdiyi avtomobillərin sayından asılı olaraq məsafə dəyişə bilər".
Müfəttişliyin rəis əvəzi qeyd edib ki, yanacaqdoldurma məntəqələrin operatorlarına xüsusi kurslar keçirilir:
"Hadisə olan zaman ilkin olaraq müdaxiləni yanacaqdoldurma məntəqələrində çalışan operatorlar etməlidir. Bundan başqa, yanacaqdoldurma məntəqələrində məlumat lövhələri yerləşdirilməli, təhlükəli hallar izah edilməlidir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:25 / 28.12.2022
Yanacaqdoldurma məntəqələrinin mühafizəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Yanacaqdoldurma məntəqələrinin mühafizəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Yanacaqdoldurma məntəqələrinin mühafizəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
112092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.