Azərbaycanda yeni hakim - Təyinatları

Hazırda oxunan: Azərbaycanda yeni hakim - Təyinatları

112074
Milli Məclisinin Sədri Oqtay Əsədov Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərarı imzalayıb.

Moderator.az-ın məlumatına görə, Azərbaycan Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Ali Məhkəmənin hakimi Tapdıq Şükür oğlu Mahmudov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Cəmilova Xəyalə Adil qızı,

Zeynallı Fərmayıl Gülmalı oğlu.

3. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən Kəmalə Nəbi qızı Abiyeva Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

4. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən Rafael Əmir oğlu Eyvazov Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

Qeyd edək ki, qərarın 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin