Bakıda çörəyin içindən "Karmen" MMC-nin adı olan kağız çıxıb.
Bizim.Media-ya bu barədə Azərbaycan Dövlət Musiqili Dram Teatrın mətbuat katibi Fəridə Rüstəmova bildirib. Dediyinə görə dünən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivindəki "Almarket"dən "Bakı çörəyi" alıb. Yeyərkən içindən kağız parçası çıxıb.
Məlum olub ki, çörək bişirilərkən xəmirin içində “Karmen” MMC-yə məxsus kağız qalıb:
“Vallah, tragikomediyadır. Xaricdə bəlkə də çörəyin içindən belə bir şey çıxmış olsaydı, onu istehsal və istehlak edəndən təzminat davası açılmışdı.
Hanı bizim qida təhlükəsizliyimiz? Bundan sonra belə məni öldürələr, bir də bu çörəkdən almaram. Göz gördüyündən qorxur. Unu ələmək belə çətin işdi? Bəlkə elə unun içində siçanın quyruğu var?”, deyə Fəridə Aslanova qeyd edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev Bizim.Media-ya məsələnin araşdırılması üçün nəzarət bölməsinə yönləndirildiyini bildirib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:10 / 28.12.2022
Bakıda çörəyin içindən görün nə ÇIXDI? – BİABIRÇILIQ + FOTO
Hazırda oxunan: Bakıda çörəyin içindən görün nə ÇIXDI? – BİABIRÇILIQ + FOTO
Hazırda oxunan: Bakıda çörəyin içindən görün nə ÇIXDI? – BİABIRÇILIQ + FOTO
112073
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.