Suriyalı qaçqınlar Bakıya da gəlib çıxdı

Hazırda oxunan: Suriyalı qaçqınlar Bakıya da gəlib çıxdı

112061
Azərbaycan Suriyadan qaçqın düşmüş iki ailəyə sığınacaq verib.

Moderator.az-ın məlumatına görə, bu barədə virtualaz.org saytına miqrasiya üzrə ekspert Azər Allahverənov məlumat verib. A.Allahverənovun sözlərinə görə, Suriya qaçqını olan daha 4 ailə də qaçqın statusu almaq üçün müraciət edib. Onların müraciətinə baxılacaq. Hazırda qaçqınların sənədləri araşdırılır.

Ekspert hesab edir ki, Bakıya gələn suriyalı qaçqınlar Azərbaycanı dini mənsubiyyət yaxınlığına görə seçdiklərini bildiriblər: “Amma ərəb ölkələrindən Azərbaycana adətən müraciətlər daxil olmur. Ərəb ölkələrindən olan qaçqınlar əsasən dil baxımından yaxın ölkələrə gedirlər. Ölkəmizə isə daha çox Əfqanıstan, Çeçenistan, Pakistan, İran və İraqdan qaçqınlar gəlir”x9d.

Hazırda Azərbaycanda bu ölkələrdən 1600-dək qaçqın var. Onların əksəriyyəti Əfqanıstan və Çeçenistandan gəlib.

Xatırladaq ki, beynəlxalq güclərin Suriyada başlatdığı amansız müharibədən sonra bu ölkəni yüz minlərlə insan tərk edib. Onların mütləq əksəriyyəti Avropa ölkələrinə səpələnib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin