Moderator.az-axa0ötən ilin fevralında baş vermiş bir ölüm işi ilə bağlı aşağıdakı araşdırma materialı göndərilib. Məlum olur ki, 2014-cü ilin fevralın 1-də günorta saatlarında Bakının Nəsimi rayonunda yerləşən "Təzə Bazar" MMC-nin daxilində qanunsuz fəaliyyət göstərən və Vaqif Şıxəliyev adlı şəxsə məxsus "Bakı Mərkəzi Bazarı" MMC-nin ərazisində dəhşətli hadisə baş verib. (V.Şıxəliyev mərhum prezident Heydər Əliyevin 20 avqust 1993-cü il tarixli fərmanı ilə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Lakin maraqlıdır ki, Heydər Əliyevin 14 avqust 1995-ci il tarixli digər bir fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb). Sabirabadın həmin keçmiş icra başçısının bazarında aparılan qanunsuz tikilidən düşən ağlay daşı bir nəfərin başına düşüb və nəticədə ağır xəsarət alan həmin şəxs-Bakı şəhər sakini Mais Cəbrayılov dünyasını dəyişib. Maraqlıdır ki, ortada bu qədər sübut olduğu halda nədənsə Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanmayıb. Bu azmış kimi, bizə göndərilən materialdakı frazalardan bəlli olur ki, hələ bir fakt üzrə toplanmış materialda sənədlər dolaşığa salınıb. İstintaq sirri olduğundan hələ ki, bu barədə yazmırıq.
xa0Nəsimi rayon prokuroru Salman Məmmədli nələri ört-basdır edib?
xa0Moderator.az-a təqdim edilən maddi sübutlar sırasında başına daş düşən şəxsin qanı axıdılan ərazidə çəkilmiş fotoşəkil, «Space-TV»nin əməkdaşlarının video sujetinin diski, dünyasını dəyişmiş Mais Cəbrayılovu reanimasiyada müalicə edən, yardım göstərən həkimin müsahibəsi və s. vardır.
Ən dəhşətlisi, bu qədər qan tökülür, prokurorluğun nümayəndələri hadisə yerində olurlar, amma iki ilə yaxındır cinayət işi ölü nöqtədən çıxmır. Nədir və kimdir mane olan??? Nəsimi rayon prokuroru Salman Məmmədli niyə bu ölüm işinin araşdırılmasında maraqlı görünmür?
xa0Bu və ya digər suallara cavab tapmaq üçün bizə daxil olan materialı araşdırdıq, bəzi faktlara aydınlıq gətirməyə çalışdıq. Məlum olur ki, həqiqətən də 2014-cü ilin fevralın 1-də günorta saatlarında Bakının Nəsimi rayonunda yerləşən "Təzə bazar" MMC-nin daxilində qanunsuz fəaliyyət göstərən və şəriklərdən digəri Vaqif Şıxəliyevə məxsus "Bakı Mərkəzi Bazar" MMC-nin ərazisində aparılan qanunsuz tikilən yeni obyektin 3-cü mərtəbəsindən ağlay üzlük daşı bazardan keçən Bakı şəhər sakini, Mais Cəbrayılov adlı şəxsin başına düşüb, nəticədə onun başı deşilib, zərbədən huşunu itirən zərərçəkən yerə yıxılıb, ətraf qan gölməçəsinə çevrilib... Ölümcül vəziyyətdə olan zərərçəkən hadisə şahidlərinin köməyi ilə dərhal Təcili Tibbi Yardım Xəstəxanasına (“Semaşko”x9d) aparılıb. Az sonra Mais Cəbrayılov dünyasını dəyişib. Bu barədə həmin vaxt KİV-də məlumatlar dərc olunub və həmçinin Bakı şəhər Prokurorluğunun, Nəsimi rayon Prokurorluğunun, Daxili İşlər Nazirliyinin rəsmi saytında qeyd edilən elektron poçtlara (ünvanlara) göndərilib. Bundan əlavə, bu məlumatdan əz sonra “Space”x9d TV-də qanlı hadisə barədə geniş sujet də verilib, ağır vəziyyətdə olan M.Cəbrayılovu qəbul etmiş və reanimasiyaya yerləşdirmiş həkim (şöbə müdiri) müsahibə verib, hadisə barədə «Təzadlar», “Azadlıq”x9d və digər KİV-lərdə məlumatlar dərc olunub. Amma ən dəhşətlisi, Nəsimi rayon Prokurorluğu hələ də susur. Niyə?
“Space”x9dnin əməkdaşlarını necə aldatmaq istəyiblər?
Ölümə aparan hadisə baş verən gün isə “Space”x9d telekanalında başına daş düşmüş və xəstəxananın reanimasiya şöbəsində ağır vəziyyətdə yatan Mais Cəbrayılovla bağlı süjet göstərilib. Maraqlıdır ki, TV əməkdaşlarına əvvəlcə yaralı kimi bir şəxsi göstəriblər və TV əməkdaşları bundan sonra xəstəxanaya yollanıblar, məlum olub ki, bazarda onlara yaralı kimi göstərilən heç də Mais Cəbrayılov deyilmiş. O, bazardakı tikintidə çalışan Güloğlan Rəhmanov adlı şəxsdir. Sonradan o da məlum olub ki, sən demə, həmin tikinti qanunsuz olduğundan onun sahibi Vaqif Şıxəliyev TV əməkdaşlarının hadisə yerinə gəlməsi xəbərini eşidəndə dərhal burada fəhlə işləyən həmin Güloğlan Rəhmanovu yerə yıxıb başına daş düşdüyü deyilən şəxs kimi təqdim edibdir. Fəhlə işləyən Güloğlan Rəhmanov da özünü TV əməkdaşlarına Mais Cəbrayılov kimi təqdim edərək açıqlama verib ki, guya burada elə hadisə baş verməyib, o, sadəcə, huşunu itirib qəfil yerə yıxılanda başı qanayıb... Amma sonradan Mais Cəbrayılovu əməliyyat edən cərrah Əmralı Yusifov (şöbə müdiridir), növbətçi həkim Nicat Məmmədov TV əməkdaşına yaralının ölümcül vəziyyətdə olduğu barədə müsahibə verib (həmin video süjet də saytımıza göndərilib). xa0Sonradan Mais Cəbrayılov dünyasını dəyişib və çox təəssüflər olsun ki, Nəsimi rayon Prokurorluğu nəinki həmin dövrdə, heç sonralar da bu ölüm işinə görə kimsəni dindirmədi, cinayət işini, necə deyərlər, Mais Cəbrayılovun ölümünə səbəb olan daşın altına qoyub susub.
xa0Daha dəhşətli fakt: ölümə səbəb “Bakı Mərkəzi Bazar”x9d MMC-də aparılan qanunsuz tikili idi. Hansı ki, həmin qanunsuz tikili ilə bağlı Nəsimi rayon Məhkəməsinin müvafiq qərarı da olub və tikilinin (bazarın) sahibi Vaqif Şıxəliyevə bu barədə sərəncam da verilib. Və hətta məlum qanlı hadisədən az əvvəl məhkəmə icraçıları Vaqif Şıxəliyevə qanlı hadisə baş verən tikintinin hələ yarımçıq olduğu vaxt tikintini könüllü dayandırmaq barədə 10 gün vaxt verib. Lakin Vaqif Şıxəliyev məhkəmə qərarına məhəl qoymadan tikintini davam etdirərək davam etdirib (həmin məhkəmə qərarı və icra tapşırığı redaksiyamızdadır). Əlbəttə, bu tikintinin başa çatdırılması həm də məhkəmə icraçılarının hərəkətsizliyinin məhsulu idi. Bundan əlavə, həmin tikintiyə Nəsimi rayon RİH tərəfindən sərəncamın verilməsi də qanunsuz hərəkət idi, çünki tərəflər arasındakı barışıq sazişi icra edilmədən həmin ərazidə tikintinin aparılmasına icazə verən sərəncam imzalana bilməzdi. Bu qanunsuz sərəncam isə ortadakı münaqişəni daha da alovlandırmışdı. Hətta həmin dövrdə ölüm işi ilə bağlı təhqiqat materialları prokurorluğun müstəntiqi Elşad Hüseynovun icraatına verilib. Bizə ünvanlı materalda o da yazılıb ki, həmin vaxt daxil olan şikayət əsasında “Təzadlar”x9dın əməkdaşı Nəsimi rayon Prokurorluğu ilə əlaqə saxlayıb və prokurorun köməkçisi Şəbnəm İbrahimova ilə telefonla danışıb, sonra görüşüb. Ş.İbrahimova bunları demişdi: “Prokurorluğun əməkdaşları hadisə yerinə baxış keçiriblər, lazımi sübutlar toplanıb və həmin materiallar müstəntiq Elşad Hüseynovun icraatındadır... Baş vermiş hadisə prokurorluğun nəzarətindədir...”x9d.
“Bəs fakt üzrə cinayət işi başlanılıbmı?”x9d, -sualına Ş.İbrahimova belə cavab vermişdir: “Cinayət işinin qaldırılması üçün hər bir detal dəqiq öyrənilməli, ciddi araşdırma aparılmalı, sübutlar toplanılmalı və bundan sonra prosessual qanunvericiliyə uyğun olaraq qərar qəbul edilməlidir. Odur ki, “Bakı Mərkəzi Bazarı”x9d MMC-nin ərazisində baş verən ölüm hadisəsi ətraflı öyrənilir, müvafiq qərar qəbul ediləcək...”x9d
Nə oldu, hansı qərar qəbul olundu? Təbii ki, heç bir qərar. Hətta iş o yerə çatıb ki, sən demə, adı çəkilən KİV-ə o vaxt Baş Prokurorluqdan rəsmi cavab da verilmişdir. Cavab məktubunda deyilir:
“Azərbaycan Respublikasının Baş Prokurorluğu
01 fevral 2014-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Təzə bazar”x9d MMC-nin qonşuluğundakı “Bakı Mərkəzi Bazarı”x9d MMC-nin ərazisində qanunsuz tikilən yeni obyektin 3-cü mərtəbəsindən aqlay üzlük daşının yoldan keçən Mais Cəbrayılovun başına düşməsi nəticəsində sonuncunun xəsarət alması ilə bağlı araşdırmanın qeyri-obyektiv aparılması barədə 05 fevral 2014-cü il tarixli müraciətinizə Baş Prokurorluqda baxılıb. Müəyyən edilib ki, müraciətinizdə göstərdiyiniz xüsusatlar üzrə Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırmanın gedişatı Baş Prokurorluq tərəfindən nəzarətə götürülərək, obyektiv, tam və hərtərəfli aparılması barədə göstəriş verilib. Hazırda material üzrə araşdırma davam etdirilir, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir.
Hörmətlə,
Qabil Qasımov, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri”x9d.
xa0***
Bəli, istintaq orqanı hələ də susur. Bəs indiki mərhələdə susmaq razılıq əlamətidir, yoxsa”¦
P.S.Yazı sayta yüklənmə ərəfəsində elektron poçtumuza dəhşətli bir məlumat göndərildi. Məlum olur ki, Nəsimi rayon Prokurorluğu işi "öldürmək" üçün sənədləşmədə dolaşıqlığa yol verib”¦ O dərəcədə ki, başına daş düşərək ölən Mais Cəbrayılovun ölüm səbəbi kimi yazılıb ki, guya o, yerə yıxılıb, başı divara dəyib”¦ Xəstəxənadan isə təsdiqlənib ki, M.Cəbrayılovun başına göydən daş düşməsindən ölüb. Nəsimi rayon prokuroru Salman Məmmədliyə sual: yerə yıxılan adamın başının ortası yarılar, yoxsa gicgahı???
Bu suala özümüz növbəti yazıda cavab verməyə çalışacağıq”¦

































































































