Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə (BQXK) məxsus daha üç avtomobilin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, nəqliyyat vasitələri Xankəndidən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.
Alınan məlumata görə, BQXK-nin 3 ədəd “Toyota Land Cruiser” markalı avtomobillərində milliyyətcə erməni olan 3 ağır xəstə olub. Onlar Ermənistana təxliyə edilib.
Bizim.Media