“Cərimələr yüz dəfələrlə artırılıb”x9d - Əli Hüseynli

Hazırda oxunan: “Cərimələr yüz dəfələrlə artırılıb”x9d - Əli Hüseynli

112025
Azərbaycanda dəniz sahilinə yolu kəsənlər ciddi cəzalanacaq.

Moderator.az xa0xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu günə qədər olan varisatla indi təklif olunan variant arasında çox ciddi fərq var: “Cərimə sanksiyaları yüz dəfələrlə artırılıb. Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar olaraq, müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunacaq. Eyni zamanda xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq”x9d.

Qeyd edək ki, hazırki İnzibati Xətalar Məcəlləsində yuxarıda qeyd olunan xətalara görə maksimum cərimə 250 manatdır. Belə ki, əvvəllər isə fiziki şəxslər üçün inzibatı cəzalar 15-20 manat məbləğində cərimələnirdi.

Spiker Oqtay Əsədov qeyd edib ki, ümumiyyətlə dəniz kənarı torpaq sahələrinin 90 faizi icarəyə verilib: “Orada özəlləşdirilmiş yerlər yoxdur”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin