Aqşindən Rasim Qaracaya sərt sözlər : "Belə ədəbi ölçü ancaq tövlə tinində olur"

Hazırda oxunan: Aqşindən Rasim Qaracaya sərt sözlər : "Belə ədəbi ölçü ancaq tövlə tinində olur"

112014
"Rasim Qaracanın poeziyaya yanaşmasında özünün vid-fasonundan başqa heç bir ədəbi meyar yoxdur. "Mənə görə mübahisəlidir", "mənə görə qaranlqdır", "mənə görə yarasadır". Belə ədəbi ölçü ancaq tövlə tinində olur".


Bunu Moderator.az-a açıqlamasında tanınmış şair Aqşin Yenisey bildirib.xa0


Aqşin Yenisey deyib ki, Kafka, Sartr, Kamyu, Kutzee kimi yazıçılar yan-yörələrində işıq axtarmırdılar: "İşıq axtaranlar, sadəcə, öz zülmətlərindən qaçan tarakanlardı. Şairin qaranlığı ilə şüurun qaranlığını ayıra bilməyən Rasim abinin özünün həmişə sürüyə, qaragüruha ehtiyacı olub. Mən onu heç vaxt tək görmədim".

Xatırladaq ki, yazıçı Rasim Qaraca mətbuata verdiyi açıqlamada maraqlı fikirlər səsləndirib: "Ramiz Rövşən şeiri poeziya tariximizin tənəzzülü sayıla bilər, çünki pis-yaxşı, modernistik ənənələrin yeni-yeni ayaqüstə durmağa başladığı zamanda Ramiz özünün pessimistik əhval-ruhiyyəsi, kahin qılıfıyla bu ənənəni bir anlamda yarıda kəsir, haradansa qaranlıq yerlərdən xəbərlər gətirən bir üslub şeirimizə hakim kəsilir, "filan şey filan şeydir" deyən şairlər güruhu meydana çıxır, Salam Sarvan, Aqşin Yenisey, Şəhriyar Del Gerani kimi istedadlar həmin kəhanətin birər qurbanlarıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin