Saatlı Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sabiq direktoru Nizami Mehtiyev tərəfindən rayon sakinlərindən işə düzəltmək adı ilə pul vəsaiti alınması barədə müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Saatlı rayon prokurorluğu yayıb.
Araşdırma zamanı Nizami Mehtiyevin direktor işlədiyi dövr ərzində qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talamasına, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz qulluq mənafeyinə qəsdən zidd olaraq vətəndaşların işə düzəlməsi ilə əlaqədar müxtəlif vaxtlarda ümumilikdə 25 min manat pul vəsaitini rüşvət qismində almasına və vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:24 / 27.12.2022
Direktor işə düzəltmək adı ilə 25 min manat RÜŞVƏT ALIB
Hazırda oxunan: Direktor işə düzəltmək adı ilə 25 min manat RÜŞVƏT ALIB
Hazırda oxunan: Direktor işə düzəltmək adı ilə 25 min manat RÜŞVƏT ALIB
111957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.