Xocəsən-Lökbatan avtomobil yolunda yerüstü piyada keçidi inşa edildi - FOTO/VİDEO

Hazırda oxunan: Xocəsən-Lökbatan avtomobil yolunda yerüstü piyada keçidi inşa edildi - FOTO/VİDEO

111941

Xocasən-Lökbatan yolunda, Xocasən elektrik stansiyasının qarşısında yeni yerüstü piyada keçidi tikilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb.

İki giriş-çıxışdan ibarət keçidin layihə üzrə ümumi uzunluğu 30 metr, daxili eni 3.8 metr, pilləkənlərin eni 3 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid orta dayaqsız metal konstruksiyadan ibarətdir.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi aparılıb, piyada keçidinin ətrafında abadlaşdırılma işləri görülüb.

Hazırda keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılır.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin