"Bu il 38 minə yaxın şəxsin əlilliklə bağlı müraciətinə imtina verilib, həmin şəxslər yenidən müayinədən keçmək üçün həkim komissiyalarına yönləndiriliblər".
Bizim.Media xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müraciətdə əhəmiyyət kəsb edən məlumat olmadıqda və ya məlumatlar düzgün verilmədikdə yenidən tibb müəssisəsinə qaytarılır ki, düzgün doldurulması həyata keçirilsin, yaxud da əlillik səviyyəsindədirsə, əlillik vəziyyətinə yenidən qiymətləndirilsin.
Agentlik sədri həmçinin bildirib ki, Agentliyin əsas vəzifəsi əlilliyin təyinatıdır, ləğvi deyil:
"Biz bütün gücümüzü ona yönəldirik ki, real olaraq əlilliyi olan şəxslər qısa müddətdə heç bir maneə olmadan əlillik təyinatı ala bilsin. Əlilliyin dayandırılmasından çox proses təbii istiqamətdə gedib.
Artıq cəmiyyətdə belə bir fikir formalaşıb ki, əlilliyi olmayan şəxsin əlillik alma ehtimalı çox aşağıdır. Hazırda əlillik müddəti bitmiş bir çox adam yenidən əlillik üçün müraciət etmir. Çünki bilirlər ki, vaxtilən əlilliyi hansısa yollarla alıblar. İndi bu, mümkünsüzdür".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:12 / 27.12.2022
38 minə yaxın şəxsin əlilliklə bağlı müraciətinə “yox” cavabı verildi
Hazırda oxunan: 38 minə yaxın şəxsin əlilliklə bağlı müraciətinə “yox” cavabı verildi
Hazırda oxunan: 38 minə yaxın şəxsin əlilliklə bağlı müraciətinə “yox” cavabı verildi
111935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.