Bu il neçə şəxsə əlillik təyin edilib? - RƏSMİ 

Hazırda oxunan: Bu il neçə şəxsə əlillik təyin edilib? - RƏSMİ 

111921

Bu il 56,7 min şəxsə əlillik təyin edilib.

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2022-ci ildə görülən işlərə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əlilliyin qiymətləndirilməsinin elektron infrastruktur üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilib:

"Əlilliyin qiymətləndirilməsi ilə bağlı yeni meyarların tətbiqindən sonra 14 063 şəxsə orqanizmin funksiyalarının pozulması faizinə əsasən əlillik təyin edilib.
Həmçinin cari ildə Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 48 650 şəxsə tibbi və sosial-psixoloji reabilitasiya xidməti göstərilib ki, bu da ötən ilə nisbətən 6 dəfə çoxdur. Həmçinin bu il əlilliyi olan 26,6 mindən çox şəxsin 57,8 min reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin