İçəri şəhər “Cümə”x9d məscidi dini icmasının sədri haci Surxay Məmmədli Azərbaycanın keçmiş naziri Əli Nağıyevin dini mövzuda səsləndirdiyi fikirlərə sərt cavab verib.
Moderator.az xəbər verir ki, S. Məmmədlinin sözlərinə görə Ə. Nağıyev yenidən gündəmə gəlmək, özünü bir daha yada salmaq məqsədi ilə dini hadisələrə, o cümlədən tarixi hadisələrə qeyri-dəqiq izah verir. O, deyib ki, keçmiş nazir bu açıqlamaları ilə “xüsusilə də inanclı insanlar üçün Allahın yer üzünə göndərdiyi hidayət çırağı və nicat gəmisi kimi önəmli olan peyğəmbər və imamlara iftira ataraq onların göstərdiyi fəaliyyətə dırnaqarası qiymət verir: “Hətta Qurani Kərimdə nöqsansız və eyibsiz olduqları bildirilən (“Ey Əhlibeyt! Allah Sizdən çirkinliyi (günahı) yox etmək və Sizi pak etmək istər!”x9d Əhzab surəsi 33-cü ayə) Əhlibeytin üzvlərindən biri olan Hz.imam Hüseyn(ə)ın səhvi olduğunu bildirir və tökülən qanları hədər sayır.
Mənə belə gəlir ki, milli və mənəvi dəyərlərinə qiymət verən, öz millətinin şəhidlərinə hörməti olan hər bir kəs qeyri şərtsiz imam Hüseyn və Kərbəla şəhidlərinə hörmət etməli onlara sayqıyla yanaşmalıdır. Ən azından bu hətda qeyri müsəlmanın insanlıq borcudur.
İmam Hüseyndə səhv axtaran şəxsə qısa bir məlumat vermək istərdim. İmam Hüseyn ilk öncə sözü Allahın sözü, münasibəti Allahın münasibəti və razılığı Allahın razılığı olan kəsin Hz.Muhammədin əziz nəvəsi idi. O, həzrət imam Hüseyn haqqında buyurub. “Hüseyn məndəndir və mən də Hüseyndənəm.”x9d
Həzrəti Hüseyndə səhv axtaran şəxs elə birbaşa Uca Allahın naqis olduğunu hesab edir. Belə şəxsin islamdan danışmağa haqqı yoxdur.
Mərhum Raci belə şəxslər üçün deyib:
Bu ada şəkk eyliyən
Zatında var billahi şəkk”x9d.
































































































