502 şəhid ailəsi müalicəyə göndərilib

Hazırda oxunan: 502 şəhid ailəsi müalicəyə göndərilib

111872

"Bu il yollayışla 502 nəfər şəhid ailəsi sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib". 

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. 

O qeyd edib ki, 2022-ci il ərzində şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, əlilliyi olan digər şəxslər də daxil olmaqla, 2863 nəfər yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib: 

“Onlardan 502 nəfəri şəhid ailəsi üzvüdür”.

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin