Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə Yusif Yevgenyeviç Axund-zadə “Şöhrət” ordeni ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Y.Axund-zadə 1946-cı ildə Bakı şəhərində anadan olub.
O, 1992-ci ildən etibarən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinin rəisidir.
Y.Axund-zadə Azərbaycanın əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi və xalq artistidir.
2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Y.Axund-zadəyə general-mayor rütbəsi verilib.
Bizim.Media