Bəs görəsən bu il jurnalistlərimizin yaddaşında necə qaldı, növbəti illə bağlı arzuları nələrdir...
Moderator.az “Ömrünün bitməsinə sayılı günlər qalmış 2015-ci il dünyada, Azərbaycanda, eləcə də sizin şəxsi həyatınızda nələrlə yadda qaldı? Növbəti ildən arzularınız?”x9d sualı ilə ölkənin tanınmış jurnalsitləri arasında sorğu keçirib.
Eldəniz Elgün, ANS TV:
“Demək olar ki, heç vaxt heç bir ildən heç nə gözləmirəm. Sadəcə bəzən yaşanan ildə günləri sayırsan, bəzənsə günləri cəmləşdirəndə ilin başa çatdığını görürsən. 2015-ci ildə yadımda qalan tək o oldu ki, balaca qızım axır ki, riyaziyyatdan ciddi hazırlaşacağını nümayişkaranə şəkildə bəyan elədi. Arzum odur ki, 2016-cı ildə bu fikrindən vaz keçməsin. Yerdə qalan proseslər isə məncə olmalı idi və oldu. İstər haqlı, istərsə də haqsız yerə”x9d.
Ramilə Qurbanlı, Bilik Fondu:
xa0
“Dünya yaman qarışdı 2015-ci ildə. Bəri başdan deyim ki, 2016-ci ildən umacağım elə budur ki, dünyaya sülh, mehribanlıq toxumları səpilsin. Azərbaycanda yaxşı hadisələr də baş verdi, amma sualı oxuyan kimi gözlərim önündə canlanan məhz bu il yaşadığımız kədərli günlər oldu. Bir-birinin ardınca faciəli hadisələr baş verdi, çox stress yaşadıq.
Əslində şəxsi həyatımda çoxdan gözlədiyim sevincli hadisələr baş verib, amma hamımızın yaşadığımız faciəli hadisələrin, itkilərin fonunda bu sevincləri demək olar ki, doyunca yaşaya bilmədim. Tam səmimi deyirəm, sevincimin üzərinə kədər gəlib bu il. Tanrı yeni ildə hamımıza sevinc, kədəri üstələyə bilən sevincli günlər bəxş etsin”x9d.
Nigar İsfəndiyar, köşə yazarı:xa0
“Əlbəttə ki, Rəbbin verdiyi ömrün hər anı əziz və gözəldir. Amma 2015 elə də yaxşı izlər buraxmadı mənim yaddaşımda. Yaşanan son faciə ilin gətirdiyi bütün yaxşı cəhətləri özünə gömdü. Təəssüf ki, fəsadları hələ də davam edir və yəqin ki, çox uzun illər də 2015-ci il bu faciə ilə anılacaq. Qəmli notlara köklənməmək üçün Avropa Oyunlarından bəhs etmək olar. Nə deyir Hadi: "Var millətimin imzası imzalar içində". Ölkəmin dünyada tanınması məqsədilə keçirilən bu tədbir də 2015-ci ilə öz imzasını atdı.
Mənə gəlincə, hər anımı və hər saniyəmi sevdikləriminxa0 varlığı üçün dua edən biri olaraq, dərdi də, sevinci də dolu-dolu yaşadığım bu dünyada pis olmaq üçün heç bir səbəbim yoxdur. Tanrı verdiyi hər şeyi gözəl verdi. Bu il də yadımda ölkəm və millətim, eləcə də ailəm adına baş verən uğurlarla yadda qaldı. Sevdiyim işimə davam etmək, sevdiklərimlə gələcəyə doğru yürümək yeni ildən də arzumdur. Tanrı millətimizi qorusun! Arzu edirəm bir olaq, həmrəy olaq və özümüzü sevək! Bütün həmkarlara eləcə də sizə yeni-yeni nailiyyətlər və uğurlar edirəm! Darda qalan yurda doğru yeni bir ildə daha görüşmək diləyilə...”x9d
Mahir Məmmədli, APA TV:
“Məncə, dünyada 2015-ci ilin ən ciddi siyasi hadisəsi iki qonşumuz - Türkiyə və Rusiya arasında yaranmış gərginlik oldu. İqtisadi hadisəyə gəldikdə isə, təbii ki, bu, neft qiymətlərinin kəskin ucuzlaşması və bunun yeni böhran təhlükəsini yaratmasıdır. Bu, bir neft ölkəsi olaraq bizi də yaxından maraqlandıran məsələdir.
Azərbaycanda ilin hadisələri kimi manatın devalvasiyası, ilk Avropa oyunları, Nardaran hadisələri, ilin sonunda “Günəşli”x9d yatağında baş verən faciəni sadalamaq olar.
Şəxsi həyatıma gəlincə, bu il iki qızım ali məktəb tələbəsi oldu. Bunu həyatımda nəinki 2015-ci ilin, son 10 ilin hadisəsixa0 hesab edirəm.
Son neft ucuzlaşmasının 2016-cı ildə Azərbaycanın iqtisadi vəziyyətinə çox mənfi təsir göstərməməsini, əhalinin sosial vəziyyətinin pisləşməməsini arzulayıram. Arzu edirəm ki, Azərbaycanın xarici siyasəti ölkəmizin maraqlarına uyğun olsun, dostlarımızı itirməyək, əksinə, dost qazanaq.xa0 Bura şablon “Ermənistan üzərində qələbə qazanaq, işğal altındakı torpaqlarımız azad edilsin”x9d kimi arzuları da əlavə etmək olardı. Amma, reallıq budur ki, belə məsələlər arzularla, dualarla həll olunmur, həll yolu müharibədir”x9d.
Səbuhi Məmmədli, Lent.az:
“2015-ci il çox ağır oldu. Təbii, xoş məqamlarla da yadda qaldı, bir sıra layihələrimiz oldu və özü də çox uğurlu. Ən əsası isə qızım gəldi dünyaya, qız atası oldum”x9d.xa0
Zamirə Dadaşova, Space TV:
“Bəli, 2015-ci ilin bitməsinə sayılı günlər qalıb. Yeni il yeni arzular, yeni xəyallar, yeni ümidlər deməkdir. Hər yeni ilə qədəm qoyduqda xəyallarımızın həyata kecməsini arzulayıb, gerçəkləşəcəyi ümidi ilə yaşayırıq. Bəzən arzularımız reallaşır, bəzən isə elə arzu olaraq beynimizin dərinliyində ümidlə gözləyir. Desəniz ki, 2015 ci il nə ilə yadda qaldı? Tək bir cavabım olacaq. Dünyada baş verən insan ölümləri, ən əsası uşaq ölümləri, intiharlar, terrorlar, qəzalar, dənizin insan həyatına son qoyması və s. ilə. Artıq bu xəbərləri nə görmək, nə eşitmək, nə də sosial şəbəkələrdə oxumaq istəyirəm. Sanki bu tip hadisələr, xəbərlər insanları daha da qəddarlaşdırır. Mən şəxsən qorxuram. İnsanlardan qorxmağa başlamışam. Hər an hər kəsdən hər bir addım gözləyirəm. Elə bir cəmiyyətdə yaşayırıq ki, xala oğlu xala qızına təcavüz edir, dost dostu bıcaqlayır, tanış tanışının əllərini baltalayır, oğul ananı öldürür, bacı bacının başını kəsir. Sadalamaqla bitmir bu tip hadisələr. Ən acınacaqlısı isə ən çox izlənilən bu tip xəbərlər və hadisələrdi. Çox təəssüf edirəm.
2016-cı ildən isə tək bir arzum var. Bu hadisələrə son qoyulsun. İnsanlar insan olsunlar. Yırtıcı heyvanlar bir-birini didib-parçaladığı kimi bir-birlərinin canına qıymasınlar. Məni ən ağrıdan mövzu uşaqlarla bağlı olan hadisələrdi. Hətta düşmənimin də körpəsinə heç nə olmasın deyirəm. Yeni ildə uşaqların uzü gülsün, qarınları tox, əyinləri isti olsun. Onlar bizim gələcəyimizdir. Sadəcə gələcəyimizi qorumağı bacaraq. Saf, təmiz, ləkəsiz, mərd, igid, ağıllı, nəzakətli, qururlu bir gələcək arzulayıram”x9d.
Jalə Mütəllimova, APA TV:
“Rusiya-Türkiyə münasibətlərindəki gərginlik bu ilin narahatlıq doğuran əsas hadisələrindən oldu. Rusiyaya məxsus hərbi təyyarənin vurulması ilə başlayan olaylar hələ də səngimək bilmir. Bu arada Suriyadakı olaylar, türkmənlərin yaşayış məntəqələrinin bombalanması, dünyada, o cümlədən Avropa ölkələrində yaşanan terror olayları insanı dəhşətə gətirir. Dünya üzərində qanla dəhşətli rəsmlər işlənən böyük kətan parçanı xatırladır.
Azərbaycana gəlincə. Bizim üçün 2015-ci il Bakıda Avropa oyunlarının açılış mərasiminin keçirilməsi, parlament seçkiləri ilə yaddaqalandır. Nardarandakı qarşıdurma və Günəşli yatağındakı 10-cu dərin dəniz özülündəki faciə, bir də MTN-in ləğv edilməsi, ümumiyyətlə həmin dövlət qurumu ətrafında olaylar da yadda yaxşısı, pisi, ağrı-acısıyla qalacaq.xa0
Bakı Avropa oyunları Azərbaycanın təbliği baxımından önəmli hadisə idi.
Yeni parlament isə bizi bəzən, xoşa gələn, bəzənsə xoş olmayan simalarla qarşılaşdırdı.
Nardaran olayı bu günün yeniliyi deyildi. İllərdir var. Hər iki tərəfdən itkilər olsa da nəhayət bu məsələ Azərbaycan dövlətinin maraqlarına uyğun çözüldü.
Günəşli yatağındakı 10-cu dərin dəniz özülündəki faciədə həyatını itirənlərin yerində isə hər birimiz ola bilərdik. Böyük faciədir. Başımız sağ olsun deyəcək qədər acizəm. Çünki bu olaylarda itkin düşən insanlardan biri yaxın rəfiqəmin həyat yoldaşıdır.xa0xa0xa0xa0
MTN-nin ləğv edilməsinə gəlincə mühüm addım və dəyişiklikdir. Vəzifə başına yeni kadrlar gətirilir. Fərqli, diqqət çəkən təyinatlar olur, bu sevindirir.
2015-in şəxsi həyatımdakı uğuruna gəlincə, hər şey stabil olub. Həyatım boyu ən böyük uğurum qazandığım imzamdır. İmzamı qoruyub, yuxarıda söylədiyim stabil həyata uyğunlaşıb yaşadım sadəcə. 2015-də iki qızımın birinci sinfə getməsi sevindirici olayım sayılır. Və təbii ki, sevdiyim mühitdə, APA Holdinqdə, sevdiyim işimlə məşğul oldum.
Növbəti ildən ən əvvəl hər kəsə can sağlığı diləyirəm. Millət, dövlət olaraq başımızı aşağı edən olaylardan Tanrı uzaq tutsun bizləri. Gələn il həm də mənim yubileyimdir. Qadın yaşını söyləməz deyirlər, amma yaş kompleksim yoxdur. O üzdən 2016-cı ilin ilk ayında qeyd edəcəyim qırx yaşımda özümə və ailəmə can sağlığına paralel bir diləyim də var. İyirmi iki illik mənzilsizlik problemimi çözmək üçün imkanım olsun istəyirəm”x9d.
Xalid Kazımlı, “Yeni Musavat”x9d qəzeti:
“2015-ci il şəxsi planda mənim üçün uğurlu il sayıla bilər. 50 yaşım tamam oldu, dostlarımın sayı artdı, xüsusi bir sıxıntı çəkmədim, yaxın adamların itkisinin acısını yaşamadım və s. Amma bu il xalqımız üçün çox keşməkeşli oldu. 19 may faciəsi, "Günəşli" yatağında neftçilərin kütləvi şəkildə həlak olmaları, ağır qəzalar, cəbhə bölgəsində verdiyimiz itkilər və s. Bunlar hamısı hər gün xəbərlə işləyən jurnalistlərin ürəyindən keçir, sonra ictimaiyyətə çatır. Bu baxımdan 2015-ci ili uğurlu hesab etmirəm. Arzu edirəm ki, 2016-cı il ən azı 2015-ci il kimi olmasın, bir az sakit, hüzurlu olsun, hüznlü olmasın”x9d.
Rumiyyə
































































































