Birinci qrup əlil keçmiş polis əməkdaşından Ramil Usubova ürəkdağlayan müraciət

Hazırda oxunan: Birinci qrup əlil keçmiş polis əməkdaşından Ramil Usubova ürəkdağlayan müraciət

111851
Daxili işlər naziri, general - polkovnik Ramil Usubova

Keçmiş polis işçisi Məmmədov Mətləb Yusif oğlu tərəfindən

Müraciət

Çox hörmətli nazirimiz!
Mən 1980 - ci ildən 2000 - ci ilədək polis orqanlarında xidmət etmişəm. Bütün xidmətim dövründə Bakı Metropoliteni Polis Şöbəsində starşina kimi nümunəvi xidmət etmişəm. Torpaqlarımızın azadlığı uğrundakı savaşda vuruşmuşam və müharibə veteranıyam. Birinci qrup əliləm. Sol ayağım dizdən yuxarı amputasiya olunub. Xidmət vaxtı böyük infarkt keçirmişəm. 4 dəfə şəxsi vəsaitim hesabına əməliyyat olunmuşam. Hazırda isə sağ ayağımın ciddi müalicəyə ehtiyacı var. Əks halda onu da amputasiya təhlükəsi gözləyir.xa0

Cənab nazirimiz!

Bildirmək istəyirəm ki, 440 manat təqaüd alıram. Bu məbləğ aylıq müalicə xərclərimi güclə ödəyir. Odur ki, Sizə müraciət edərək mərhəmətinizə möhtac olduğumu bildirir və məni ömürlük yataq xəstəsi olmaq əzabından qurtaracağınıza ümid edirəm. Xidmət etdiyim dövrdə və ondan sonra da təkcə polis orqanlarında deyil, bütövlükdə cəmiyyətdə Sizin kişi adam kimi tanındığınıza şahid olmuşam, gücünüz çatdığı qədər Sizə üz tutan kimsəni naümid qoymadığınızın sorağı hər tərəfdə məmnunluq və minnətdarlıqla xatırlanır. Mən də məhz buna görə ürəklənib ərklə öz nazirimdən kömək umuram. Xahiş edirəm mənim səhhətimi nəzərə alaraq müvafiq tədbirlər görülməsi üçün tapşırıq verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirir, çətin və şərəfli xidmətinizdə Sizə möhkəm can sağlığı, ardıcıl uğurlar arzulayıram!

Əlaqə telefonum: 055-783-49-64

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin