Kampaniya çərçivəsində ATU-da İmmun Çatışmazlığı Virusuna (İİV)xa0 səbəb olan xəstəlikləxa0 bağlıxa0 müayinəxa0 məntəqəsi təşkil olunub. Burada universitetin 450-yə yaxın tələbəsi İİV virusundan yoxlanmaq üçün ekspress testdən keçib. Hər kəsə 15-20 dəqiqə ərzində İİV infeksiya daşıyıcısı olub-olmadığı barədə test cavabları təqdim olunub.
Səhiyyə Nazirliyi Respublika QİÇS Mərkəzi bənzər aksiyanı Bakı və regionlarda yerləşən ali təhsil ocaqlarında, ticarət mərkəzlərində, avtovağzallarda, dövlət və özər sektor müəssisələrində və digər obyektlərdə keçirir. Kampaniya profilaktik və maarifləndirmə məqsədi daşıyır.


































































































