Qəbələ rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları sərxoş vəziyyətdə avtomobil idarə edərək özü ilə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan sürücünü saxlayıb.
DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən reyd zamanı “VAZ-2106” markalı avtomobili idarə edən sürücü, rayon sakini İlqar Seyidzadə qaydaları pozduğu üçün yol polisi əməkdaşı tərəfindən ona “saxla” işarəsi verilib.
Yoxlama zamanı onun sürücülük hüququ olmadan sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyi aşkarlanıb. Həmin şəxs barəsində protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İ.Seyidzadə 15 sutka inzibati həbs olunub.
Qeyd edilib ki, İ.Seyidzadə cari il ərzində artıq ikinci dəfə sərxoş vəziyyətdə (birinci dəfə narkotik vasitənin təsiri altında-red) avtomobil idarə etdiyi üçün barəsində qanunamüvafiq tədbir görülüb. Bildirilib ki, onun sosial şəbəkə səhifələrində yol polisi əməkdaşları tərəfindən guya qanunsuz saxlanılması barədə səsləndirdiyi iddialar isə əsassızdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:39 / 26.12.2022
Qəbələdə sərxoş sürücü 15 sutka HƏBS OLUNDU – Daha əvvəl isə… - FOTO
Hazırda oxunan: Qəbələdə sərxoş sürücü 15 sutka HƏBS OLUNDU – Daha əvvəl isə… - FOTO
Hazırda oxunan: Qəbələdə sərxoş sürücü 15 sutka HƏBS OLUNDU – Daha əvvəl isə… - FOTO
111788
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.