Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Şəhid övladları üçün Gəncə Dövlət Filarmoniyasında "Qış nağılı" adlı proqram təşkil olunub.
Tədbirdə Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində təhsil alan 122 nəfər Şəhid övladı və onların ailə üzvləri qonaq qismində iştirak ediblər.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, Gəncənin orta məktəblərinin tələbələrinin və müəllimlərinin birgə hazırladığı yeni il proqramında əsasən həmrəylik, birlik, mehribançılıq, səmimimiyyətin bəs qüvvələr üzərində daim qələbə çaldığını təcəssüm etdirir:
"Bu konsert proqramı idarəmizin tabeliyində olan orta məktəblərdə təhsil alan Şəhid övladları üçün nəzərdə tutulub. Daşkəsən rayonundan olan Şəhid övladları üçün əvvəlcə Gəncə şəhərində gəzinti təşkil olundu.
Sonra uşaqlar "Qış Nağılı"nı böyük həvəslə izlədilər. Əsas məqsədimiz canlarını torpaqlarımızın azadlığı uğrunda qurban verən Şəhid qardaşlarımızın balalarını sevindirmək, az da olsa könüllərini oxşamaqdır", deyə A. Qədiməliyev əlavə edib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə və müəssisə rəhbərləri, məktəb direktorları və ictimaiyyət nümayəndələri də iştirak edib. Yeni il proqramında məktəbəqədər təhsil müəssisələrinin körpələri, məktəb şagirdləri və Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri müxtəlif kompozisiyalarla çıxış ediblər.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:39 / 26.12.2022
Gəncədə Şəhid övladları üçün "Qış nağılı" nümayiş olundu - FOTO
Hazırda oxunan: Gəncədə Şəhid övladları üçün "Qış nağılı" nümayiş olundu - FOTO
Hazırda oxunan: Gəncədə Şəhid övladları üçün "Qış nağılı" nümayiş olundu - FOTO
111780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.