2022-ci ildə ailə üzvlərini itirmiş DEPUTATLAR

Hazırda oxunan: 2022-ci ildə ailə üzvlərini itirmiş DEPUTATLAR

111771

Başa çatan 2022-ci ildə bir sıra müsbət yeniliklərə şahid olduğumuz kimi, kədərli xəbərlər də aldıq. Kədərli xəbərlərin bəziləri isə millət vəkilləri ilə bağlı idi.

Belə ki, millət vəkilləri içərisində 2022-ci ildə yaxın ailə üzvlərini itirənlər oldu. Onlardan ikisinin isə həyat yoldaşı dünyasını dəyişdi.

Bizim.Media ötən il yaxın qohumlarını itirən deputatların siyahısını təqdim edir:

Jalə Əhmədova 

59 saylı Salyan Seçki Dairəsindən deputat seçilən Jalə Əhmədovanın həyat yoldaşı Babək Əhmədov oktyabrın 4-də dünyasını dəyişib. Həyat yoldaşının ölümü ilə bağlı açıqlama verən deputat bunları deyib: 
“Sağlamlığı ilə bağlı heç bir şikayəti yox idi. Axşam mədəsinin ağrıdığını və özünü yaxşı hiss etmədiyini dedi. Düşündüm, özünü yenə soyuğa verib. Elə bir az keçmişdi ki, anidən başını qoydu yerə. Sən demə, infarkt keçirirmiş. Elə çox yaşı da yox idi. Ürəktutmadan rəhmətə getdi. Valideynlərin qərarı ilə Xaçmazda öz doğmalarının yanında torpağa tapşırdıq”

B. Əhmədov dövlət qurumlarından birində çalışıb. Onların ik övladı var idi.

Jalə Əliyeva 

Dekabrın 5-də millət vəkili Jalə Əliyeva həyat yoldaşı Yavuz Onkun dünyasını dəyişdiyini açıqlayıb:

“Müjganımın atası, Kamranımın, İbrahimimin, Cavidanımın babası, həyatımın 35 ilinin ən yaxın sirdaşı, dostu, yoldaşı Yavuz Onku bu səhər itirdik... 

Bir az əvvəl qürbətdən aldığımız acı xəbərlə hamımız sarsıldıq... Həyat çox qısa, taleh çox amansız... İllər boyu uzaq məsafələrdə yaşadıq... Həsrət heç bitmədi ki... Elə ötən həftə qızıyla, nəvələriylə, kürəkəniylə, bütün qohumlarla, dostlatla Bakıda birlikdəydi... Sanki vida səfərinə çıxmışdı... Ötən 35 ilin Onunla birlikdə ömrümüzə, hafizəmizə yazılan qısa anları, qırıq anıları geriyə qalan həyatımız boyu bizimlə birlikdə yaşayacaq, O bizi heç tərk etməyəcək! Nur içində yat, əziz, sevimli Yavuz!”.

Qeyd edək ki, Jalə Əliyeva Yavuz Onkla 1989-cu ildə ailə qurmuşdu. Bu nikahdan onların Müjgan adlı bri qızları dünyaya gəlib. Milliyətcə türk olan mərhum Yavuz Onk uzun müddət idi deputatdan uzaqda yaşayırdı.
Ceyhun Məmmədov

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilən Ceyhun Məmmədovun isə atası 2022-ci ildə dünyasını dəyişib. Belə ki, deputatın atası Valeh Məmmədov avqustun 30-da vəfat edib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin