“Son günlər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində avtobus zolaqlarını və dayanacaqları zəbt edən sürücülərlə bağlı müxtəlif tədbirlər həyata keçirir. Bu günlərdə saytımızla birlikdə keçirilən reyd zamanı maraqlı bir mənzərə ilə qarşılaşdıq”.
Bizim.Media xəbər verir ki, bunu avtosfer.az saytının baş redaktoru, jurnalist Elməddin Muradlı özünün Facebook səhifəsində yazıb.
MÖVZU İLƏ BAĞLI:
Şəkidə ağır yol qəzası - Ölənlər var
Onun sözlərinə görə, obyekt Yasamal rayonu, Şərifzadə küçəsində, "İnşaatçılar" metrostansiyasının qarşısındakı avtobus dayanacağında açılıb:
“Belə ki, bir nəfər avtomobilini avtobus dayanacağında saxlayaraq açar təmiri ilə məşğul olur, hətta yaxınlıqdakı digər obyektdən elektrik enerjisi də çəkib.
Bu səyyar xidmət sahəsinin dayanacaqda fəaliyyət göstərməsi avtobusların ikinci cərgədə saxlamasına səbəb olur.
Mən ona irad bildirərək qanunvericiliyi xatırlatdım, amma o, sadəcə qulaq asmaqla kifayətləndi.
Görünür, daha yaxşı "dayağı" olduğundan bu qədər arxayın davranır və dayanacağı obyektə çevirə bilir. Ümid edirik ki, müvafiq qurumlar bununla bağlı tədbirlər görəcək”.
Bizim.Media