Özünü qazi kimi təqdim edib dilənən şəxs saxlanıldı - VİDEO

Hazırda oxunan: Özünü qazi kimi təqdim edib dilənən şəxs saxlanıldı - VİDEO

11172

Bakıda özünü qazi kimi təqdim edərək insanlardan pul toplayan şəxs ifşa edilib.

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, Paytaxtın Yasamal rayonunda qazi adı ilə vətəndaşlara yaxınlaşaraq insanlardan pul istəyən şəxs saxlanılıb.

Bu əməli törətməkdə şübhəli bilinən vətəndaş Elbrus Hüseynov tutulub. Araşdırma zamanı onun ümumiyyətlə heç bir hərbi əməliyyatda iştirak etmədiyi məlum olub.

Elbrus Hüseynov qolundakı tibbi sarğıya baxış zamanı zədə və yaralanma əlamətləri də aşkar edilməyib.

Qəsdən insanları aldatmaq və guya Vətən Müharibəsi qazisi görüntüsü yaratmaq üçün qolunu sarıyan  Elbrus Hüseynov barəsində araşdırmalar davam etdirilir.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin