İrandan Azərbaycana 2 kiloqramdan artıq qızıl keçirilməsinin qarşısı alınıb, saxlanılan var.
Bu barədə Bizim.Media Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinə istinadən xəbər verir.
Qeyd olunub ki, dekabr ayının 24-də saat 02:20-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq Azərbaycan istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.
Həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucusu təqib olunaraq saxlanılmışdır. Saxlanılan şəxsin Yardımlı rayonunun Avaş kənd sakini 1989-cu il təvəllüdlü Babayev Taryel Səfər oğlu olması müəyyənləşdirilib.
Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 kiloqram 300 qram qızıla bənzər zinət əşyaları aşkar olunaraq götürülüb.
Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:57 / 26.12.2022
Sərhəddə ƏMƏLİYYAT - İrandan qızıl keçirilməsinin qarşısı alındı - FOTO
Hazırda oxunan: Sərhəddə ƏMƏLİYYAT - İrandan qızıl keçirilməsinin qarşısı alındı - FOTO
Hazırda oxunan: Sərhəddə ƏMƏLİYYAT - İrandan qızıl keçirilməsinin qarşısı alındı - FOTO
111714
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.