Ölkə başçısının 12 yanvar 2015-ci il tarixli sərəncamına uyğun olaraq bu il “Kənd təsərrüfatı ili”x9d elan olunub. İl başa çatmaqdadır. Bir çoxları 2015-ci ilin “Kənd təsərrrüfatı ili”x9d elan olunmasına baxmayaraq, hər hansı nailiyyətlə yadda qalmadığını bildirir və Kənd Təsərrüfatı Nazirliyini passiv fəaliyyətdə ittiham edir.
Moderator.az xəbər verir ki, Kənd təsərrüfatı naziri Heydər Əsədov isə Modern.az saytına açıqlamasında bu ilin hansı məqamlarla yadda qalmağından danışıb. O, qeyd edib ki, bu sahəyə qoyulan əmək bir neçə il sonra öz bəhrəsini verəcək:
“Kənd təsərrüfatı elə bir istehsal sahəsidir ki, bura qoyulan əmək, çəkilən zəhmət həmin il yox, bir neçə il sonra öz bəhrəsini verməyə başlayır. Bu il intensiv bağlar əkilibsə, onun bəhrəsini 5 il sonra görə biləcəyik. Hər hansı stimullaşdırıcı tədbirin nəticəsini illər keçdikdən sonra hiss etməyə başlayacağıq. Amma cari ildə də nəticə verən tədbirlərimiz çox olub və bir sıra bizi narahat edən faktlar artıq tarixə çevrilib. Mən bu vəzifəyə təyin olunanda ən ciddi problem texnika ilə təminat məsələsi idi.
İndi kimsə mənə deyə bilməz ki, filan rayonda əkin, biçin, yaxud səpin vaxtı hansısa texnikadan əziyyət çəkdik. Bu mümkün olan məsələ deyil.
İkinci məsələ gübrə təminatı ilə bağlıdır. Bildiyiniz kimi, gübrənin keyfiyyətindən kifayət qədər şikayətlər var idi. İndi istənilən anbardan gübrə götürüb, istənilən laboratoriyada yoxlada bilərsiniz. Özüm də bir neçə fərqli qurumların laboratoriyalarında, hətta Türkiyə laboratoriyalarında gübrələri yoxlatdırmışam. Bu gün rahatlıqla deyə bilərik ki, gübrə təminatında problemimiz yoxdur.
Üçüncü narahatlıq doğuran məqam subsidiyalarla bağlı idi. Subsidiyaların müxtəlif əllərdə birləşməsi, ünvanlı olaraq sahibinə çatmaması, şəffaflığın olmaması bizi çox narahat edirdi. Əvvəla fəaliyyətsiz, başqa əllərdə olan yüzlərlə, minlərlə kartlar var və biz bunların hamısını ləğv etdik. Açığını deyim ki, bu rəqəmlər on minlərlə idi. Subsidiya alan şəxsin kimliyi, torpaq sahəsi, təsərrüfatı müəyyənləşdi, qeydiyyata alındı. Nazirliyin saytına daxil olaraq subsidiya alanların bütün koordinatlarını götürmək imkanı var”x9d.
Nazir qeyd edib ki, bütün bunlarla yanaşı, hələ çoxlu görüləcək işlər də var: “Yerlərdən bizə daxil olan məlumatlar əsasında deyə bilərəm ki, insanlar onlara edilən güzəştlərlə, bu güzəştlərin həcmi ilə bağlı tam məlumatlı deyillər. Bildiyiniz kimi, ikinci əkinə görə birinci əkin üçün olan subsidiya - həm yanacaq, həm motor yağları, həm də gübrələrə görə tətbiq edilən güzəştləri ikinci dəfə də olduğu kimi şamil etmişik. Əkinçilər həvəsləniblər. Bir il əvvəl min hektardan yuxarı ərazi ikinci əkinə getmişdisə, ikinci dəfə 14 min 600-ə yaxın hektarda ikinci əkin aparılıb və bu da yem bazasının yaranmasında xüsusi rol oynayıb. Amma hələ də onlar subsidiya almaq üçün müraciət etmədilər. Yox ki, biz vermədik, onlar müraciət etmədilər. Görünür ki, bizim təbliğat-təşviqat məsələlərimiz tam yerində deyil. Jurnaslitlərdən də dəfələrlə xahiş edirik ki, bu məsələlərlə bağlı ictimaiyyətə geniş və dolğun məlumat versinlər.
Maraqlısı budur ki, iqtisadi böhran şəraitində kənd təsərrüfatına yatırılan vəsait artır. Və elə bir sahə yoxdur ki, dövlət maliyyə öhdəliyini yerinə yetirməsin, yaxud biz çətinlik çəkək”x9d.
Heydər Əsədov bildirib ki, bu il kənd təsərrüfatına dövlət dəstəyi artırılıb, onun forma və metodları təkmilləşdirilib:
“Eyni zamanda kənd təsərrüfatında hüquqi bazanın təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılıb. Belə ki, 2 il ərzində 4 qanun, 7 fərman, 19 prezident sərəncamı, Nazirlər Babinetinin 19 qərarı, kənd təsərrüfatı nazirinin 6 qərarı verilib.
Lizinqlə verilən texnikalara 40 faiz güzəştlər tətbiq edilib. Kim hansı texnikanı alırsa, dövlət onun 40 faizini qarşılayır. Bu il güzəşti qarşılamaq üçün dövlət büdcəsində 44 milyon manat vəsait ayrılıb. Yanacaq və motor yağlarına görə verilən güzəştlər 25 faiz artırılıb. Çətinlik çəkdiyimiz sahələrdən biri də suvarma ilə bağlıdır. İqlim dəyişikliyi şəraitində kənd təsərrüfatını müasir suvarma sistemləri olmadan idarə etmək olmur.
Digər məsələ süni mayalanma nəticəsində doğulan hər bir buzova görə 100 manat subsidiyanın verilməsi oldu. Bizdə bir inəkdə orta məhsuldarlıq ilə 1-1, 2 tondur. Qeyd edim ki, digər ölkələrdə bu 4-5 ton, hətta Avropda 8 tona yaxındır. Bizdə inəklər günə 3-4 litr süd verir. Amma Avropadan gətirilən inəklər günə 32 litr süd verir. Birdən-birə bunu 5 dəfə artırmaq imkanımız var. Hazırda 2 milyon 700 iri buynuzlu mal-qara var. Onun məhsuldarlığının artırılması baş sayının 4-5 dəfə aşağı salınması deməkdir. Bu isə minlərlə hektar örüş-yaylaq sahəsinin boşaldılıb, əkin sahəsinə çevrilməsidir”x9d.
Kənd təsərrüfatı nazirinin sözlərinə görə, yeni süni mayalanma mərkəzi 3-4 aya təhvil veriləcək: “Hazırda primitiv formada da olsa, belə mərkəzimiz var, amma köhnə avadanlıqlarla təchiz olunub. Hesab edirəm ki, mərkəz istifadəyə verildikdən sonra biz bu sahədə çox ciddi addımlar ata biləcəyik.
Bitkiçilik sahəsində ciddi problemlərimiz var. Onlardan ən əsası toxumdur. Çalışırıq ki, ən məhsuldar, müxtəlif iqlim şəraitinə davamlı bitki sortlarını yetişdirək. Ona görə də 13 Elmi Tədqiqat İnstitutunda yeni struktur islahatları həyata keçirdik. Yaranan qənaət hesabına əmək haqqının artırılmasına nail olduq. Hazırda məqsədyönlü proqramlar hazırlanır.
Bitkiçilikdə məhsuldarlığı 4-5 dəfə artırılması üçün İsrail şirkəti ilə əməkdaşlıq davam edir və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun bazasında bu işlərə start vermişik.
Struktur dəyişikliyinə gəlincə, 52 rayonda kənd təsərrüfatı idarələri üçün inzibati binalar tikilib, Aqrar elm mərkəzi ilə İnformasiya təbliğat mərkəzi birləşdirilərək “Aqrar elm və informasiya xidməti”x9dnə çevrilib. Binaların 80 faizi artıq hazırdı. Üç ay ərzində bütün tikinti işlərimiz yekunlaşacaq. Gələn ayın əvvəllərinə Respublika Baytarlıq Mərkəzi Şəhərciyini istifadəyə verməyi planlaşdırırıq. Hazırda işlər davam edir. 12 zonada baytarlıq zonaları yaradılacaq. Bundan sonra təhlükəsizlik sahəsində ciddi işlər görüləcək. Bunların hamısı real hədəflərdir”x9d.



































































































