Təhsil Nazirliyinin respublika üzrə nəzarət mexanizmi yoxdur - EKSPERT

Hazırda oxunan: Təhsil Nazirliyinin respublika üzrə nəzarət mexanizmi yoxdur - EKSPERT

11168

Orta məktəblərdə sinif otaqları tənəffüs vaxtı dezinfeksiyaedici məhlullarla silinməlidir. Şagirdlər tibbi maskalardan istifadə etməli, bakteriya əleyhinə vasitələr partaların üstündə olmalıdır.

Bunu Bizim.Media-ya açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov sərt karantindən sonra məktəblərin açılmasından danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Təhsil naziri müəllim və şagirdlərə müraciət etdi: “Maska taxmaq məcburidir”


Onun sözlərinə görə, pandemiya dövründə qaydalara əməl edən məktəblər də var, amma bu çox azlıq təşkil edir: 

“Nəzarət mexanizmi yalnız Bakı və Sumqayıt  şəhərlərində, Abşeron rayonunda mövcuddur. Təhsil Nazirliyinin ölkə üzrə monitorinqlər aparmaq üçün şəraiti və imkanları yoxdur”.

“Regionlarda şagird sıxlığı çox deyil, lakin buna baxmayaraq Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il tarixli 332 nömrəli qərarına uyğun olaraq məktəbin özünün xüsusi karantin üçün fəaliyyət planı olmalıdır. Hər bir məktəbə məsul şəxslər nəzarət etməlidir''.

''Bundan başqa məktəb rəhbərliyi sanitar-gigiyenik qaydaların əməl olunmasına görə birbaşa məsuliyyət daşıyır”.

Xatırladaq ki, bu gündən Azərbaycanın şəhər və rayonlarında yerləşən ümumi təhsil müəssisələrində I-IX siniflərdə həftədə 5 dəfə olmaqla dərslərə start verilir. 

Fevral ayının 15-də isə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda tədrisə başlanılacaq.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin