Mübariz Mənsimovun yeni gəmisi - FOTO

Hazırda oxunan: Mübariz Mənsimovun yeni gəmisi - FOTO

111674
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali" Şirkətlər Qrupu öz tərsanəsində inşa etdiyi ikinci “Armadi Pride”x9d tankerini istismara verib.

Moderator.az-a Palmalidən daxil olan məlumata görə, Malta bayrağı altında üzən gəmi yük üçün Rusiyanın Qafqaz limanına doğru yola düşüb.

RST22M layihəsi üzrə hazırlanmış tanker çay-dəniz nəqliyyatı üçün nəzərdə tutulub. Tanker Rusiya dəniz gəmiçiliyi registrinin nəzarəti altında hazırlanıb. “Volqo-Don maks”x9d klasslı “Armada Pride”x9d tankerinin dedveyti 7,1 min tondur.

Gəmi texniki xüsusiyyətlərinə görə Volqa-Don kanalından və Volqa-Baltik su yollarından keçmək qabiliyyətinə malikdir. Gəminin qabarit uzunluğu 139,95 metr, eni 16,6 metr, göyərtə yüksəkliyi 6,0 metdirdir.

Yeni layihəyə əsasən hazırlanan tanker daha da gücləndirilmiş dəniz funksiyasına malik olmaqla, bütün beynəlxalq daşıma tələblərinə tam cavab verir. Layihələndirmə zamanı dünya neft şirkətlərinin xüsusi tələbləri və əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb.

Tanker Rusiyanın daxili suları ilə, həmçinin Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Baltik dənizi və Şimal dənizi ilə hərəkət edəcək. Reyslərə Avropa və İrland dənizi ətrafında reyslər daxildir.

“Palmali”x9d Şirkətlər Qrupu Aralıq dənizi, Xəzər və Qara dəniz sularında əsasən SOCAR və LUKOYL kimi neft şirkətlərinin yüklərini daşıyır. Həmçinin şirkət digər böyük neft və neft məhsulları şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir.

"Palmali" 129 gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. "Palmali"nin ən böyük müştərisi dünyaca məşhur olan "BP" şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin