"Onun ilk dəfə ürək ağrısı 1969-cu ildə tutmuşdu".
xa0
Moderator.az xəbər verir ki, bu sözləri mərhum cazmen Vaqif Mustafazadənin dayısı qızı Afaq Əliyeva “Günəbaxan”x9d verilişində danışarkən deyib. O, sənətkarın ürək ağrılarının çoxdan başladığını bildirib:
xa0
“Vaqifin ürəyi hələ 1969-cu ildən ağrıyırdı. O vaxt Bakıda caz festivalı keçirildi. Vaqif həmin festivalda pianoda ifa edərkən birdən-birə onun ağlına cazla muğamı sintez etmək gəlir və o, bu sintezi edir, həmin an ifası çox böyük alqışlarla qarşılanır.
xa0
Vaqif buna çox sevinirdi. Çünki cazda böyük bir kəşf etmişdi. Amma elə səhnədəcə ürək ağrısı tutdu, onu evə gətirdik, təcili yardım gəldi. Anası ondan nə istəyini soruşanda o xahiş etdi ki, “Bayatı-Şiraz”x9d muğamını pianoda ifa etsin”x9d.
xa0
Xatırladaq ki, Azərbaycan milli caz musiqisinin yaradıcısı Vaqif Mustafazadə 39 yaşında, 16 dekabr 1979-cu ildə dünyasını dəyişib.
































































































