Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi - FOTO

Hazırda oxunan: Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi - FOTO

111577

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil təqdim edilib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb.

O, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişinə əsasən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək proqramından bəhs edib.
Qeyd olunub ki, proqram çərçivəsində Nazirlik tərəfindən şəhidlərimizin ailə üzvləri, müharibə iştirakçılarından ibarət artıq 121 min şəxsə sosial dəstək yönümlü 260 min xidmət göstərilib.

Sosial dəstək proqramının mühüm istiqamətlərindən biri kimi, postmüharibə dövründə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4300 mənzil və fərdi ev verilib.

Ümumilikdə ötən dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 13100 mənzil və fərdi ev təqdim edilib.

Mənzillərlə təmin edilən vətəndaşlar dövlət tərəfindən daim dəstəklə əhatə olunduqlarını bildirib, müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin