Elm və təhsil naziri Emin Əmrullayev fənn olimpiadalarında qeydiyyatdan keçən şagirdləri təbrik edib.
Bizim.Media xəbər verir ki, nazir bu barədə Facebook səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Fənn olimpiadaları sahəsində görülən işlərin bəhrəsinin ildən-ilə artdığını müşahidə etmək çox sevindiricidir. Bu gün keçirilən fənn olimpiadalarının ilk mərhələsində 45 mindən çox şagirdin iştirak üçün qeydiyyatdan keçməsi daha savadlı, bacarıqlı, yüksək motivasiyalı bir nəslin yetişməsindən xəbər verir.
Hazırda 14-17 yaşlarında olan bu uşaqlar 10-15 il sonra ölkəmizin elm, iqtisadiyyat, sosial və mədəni həyatına, xalqımızın rifahına ciddi töhfə verən mütəxəssislər olacaqlar.
Nəticələrdən asılı olmayaraq bütün iştirakçıları, onları bu yarışlara hazırlayan müəllimləri və valideynləri təbrik edirəm".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:15 / 25.12.2022
Nazir fənn olimpiadalarında qeydiyyatdan keçən şagirdləri təbrik etdi
Hazırda oxunan: Nazir fənn olimpiadalarında qeydiyyatdan keçən şagirdləri təbrik etdi
Hazırda oxunan: Nazir fənn olimpiadalarında qeydiyyatdan keçən şagirdləri təbrik etdi
111576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.