Bakı-Quba yolunun 120-ci km-də, Şabran rayonundan keçən hissəsində baş verən qəzada bir ailənin 3 üzvü xəsarət alıb.
Bizim.Media xəbər verir ki, Sumqayıt sakini, 54 yaşlı Bayram Cəlal oğlu Həsənovun idarə etdiyi "Opel" markalı avtomaşınla Bakı sakini, 33 yaşlı Gülnar Məmmədəli qızı Zeynalovanın idarə etdiyi "Hyundai Sonata" markalı avtomaşınla toqquşub.
Hər iki avtomobil Bakı istiqamətinə gedirmiş.
Nəticədə "Opel"in sürücüsü Bayram Həsənov, həyat yoldaşı, 47 yaşlı Samirə Əliyeva və oğlu, 29 yaşlı Fariz Həsənov xəsarətlərlə Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Qadının vəziyyəti nisbətən ağır olduğundan Sumqayıt şəhərindəki xəstəxanaların birinə göndərilib.
Sürücünün xəsarəti yüngül olub. Digər avtomobilin qadın sürücüsü isə heç bir xəsarət almayıb. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma başlanılıb.
Təyin ediləcək avtotexniki ekspertiza qəzanın hansı sürücünün günahı ucbatından baş verdiyini ayırd edəcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:05 / 25.12.2022
Şabranda 2 avtomobil toqquşdu: Xəsarət alanlar var - ÖZƏL - FOTO
Hazırda oxunan: Şabranda 2 avtomobil toqquşdu: Xəsarət alanlar var - ÖZƏL - FOTO
Hazırda oxunan: Şabranda 2 avtomobil toqquşdu: Xəsarət alanlar var - ÖZƏL - FOTO
111557
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.