Sürücülər ödənişli yoldan belə istifadə edəcək - VİDEO

Hazırda oxunan: Sürücülər ödənişli yoldan belə istifadə edəcək - VİDEO

111544

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Azərbaycanda ilk ödənişli yolun açılışı təmin ediləcək. Ondan sonra Bakı-Quba istiqamətində beton yolun lokal sıradan çıxmış hissələri təmir olunub vətəndaşların istifadəsinə veriləcək”.

Bizim.Media xəbər verir ki, bu barədə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə müsahibəsində danışıb.

Onun sözlərinə görə, tariflər yük maşınları, sərnişin avtobusları, minik avtomobilləri, qoşqular və digər nəqliyyat vasitələri üçün ayrı hesablanacaq:
“Tariflər artıq təqdim olunub. Tezliklə müvafiq sərəncamlar veriləcək”.

O, sözügedən yolda giriş-çıxış məntəqələrinin tikintisinin başa çatdığnı deyib:

“Ödəniş terminalları və turniketlər quraşdırılıb. Yol üzərində bir neçə yerdə yük avtomobilləri üçün tərəzi məntəqələri quraşdırılıb”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin